21 may 2015 14:00

Bakı Su İdmanı Mərkəzi gələcəyə doğru

Bakı Su İdmanı Mərkəzi gələcəyə doğru bir addım atdı. Azerisport.az xəbər verir ki, iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə Bakıdan 20 gənc üzgüçü əsas yarış hovuzunda baş tutan ilk təlim-məşqdə iştirak etdilər.

Bakı 2015 üçün tikilən, dünya standartlarına cavab verən arena Avropa Oyunları zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlardan sonra Mərkəz ictimaiyyətin istifadəsi üçün açıq olacaq.

Bakı Su İdmanı Mərkəzinin şəhər sakinləri üçün faydasından danışan Bakı 2015-in İdman şöbəsinin direktoru Pirs Okallahan dedi: “Bu məkanda azyaşlılar üçün təlim sessiyasının keçirilməsi xoşdur. Kompleksin tikilməsində əsas məqsəd onu Oyunlardan sonra sakinlərin istifadəsinə vermək idi. Bakı Su İdmanı Mərkəzişəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir.

Hovuz Olimpiya standartlarına uyğun tikilib və onun üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcəyinə əminəm”.

Gənc idmançılar yeni arenanı bəyəndilər. Avropa Oyunlarından sonra təlim keçəcəkləri arena ilə tanış olmaq, onu sınaqdan keçirə bilmək onların marağına və sevincinə səbəb oldu.

Tədbir haqqında danışan Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov isə bunları bildirdi: “Bakı 2015 Avropa Oyunları, Azərbaycan tarixinin ən böyük idman tədbiridir və bu, mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici bir haldır. İdman sağlam qalmaq, yeni dostlar qazanmaq, məşhur olmaq üçün ən yaxşı vasitədir. Oyunların daha çox azyaşlını idmanla məşğul olmağa cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlar qazanmağa ruhlandıracağına ümid edirəm”.

Bakı 2015-in Su idmanı növləri üzrə ulduz elçisi Murad Dadaşov tədbirə qatılaraq bu fikri bir daha təsdiq etdi: “22gün sonra bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bu, ölkəmizi nümayiş etdirmək üçün bizə ayrılmış vaxtdır. Bu, möhtəşəm festival olacaq və mən sizi tədbirdə iştirak etməyə və onun bir hissəsi olmağa dəvət edirəm. Mən ailəmlə birlikdə orada olacağam və idmançılarımızı dəstəkləyəcək, idman tamaşasından zövq alacağam.

Su idmanı növləri üzrə yarışlara biletlər hələ də satışdavar. Biletlərihttps://tickets.baku2015.com veb səhifəsindən onlayn qaydada, yaxud 12 bilet satış məntəqəsinin birindən almaq mümkündür. Yenidən burada görüşənədək!”.

6000 tamaşaçı tutumuna malik Bakı Su İdmanı MərkəziAvropa Oyunlarının Bayraq Meydanı qrupunda yerləşən yeddi arenasından biridir. Kompleks, 800-dən çox idmançının su idmanının üç növü üzrə medal uğrunda mübarizə aparacağı14 günlük yarışa ev sahibliyi edəcək.

Arena Azərbaycan Respublikasının Prezidentinin 30 avqust 2012-ci il tarixli Sərəncamına əsasən inşa olunub. Mərkəzin təməlqoyma mərasimi isə 2013-cü il aprelin 19-da keçirilib. Mərkəzdə iki üzgüçülük və bir suya tullanma hovuzu var. Əsas və təlim hovuzlarının ölçüləri eynidir (50x25m) və Olimpiya standartlarına və tələblərinə cavab verir. Təlim hovuzu iki hissəyə ayrıla bilər və bir hissənin dərinliyi gənc üzgüçülər üçün uyğunlaşdırıla bilər.

Suya tullanma hovuzunun dərinliyi 5 metrdir və idmançıların yarışa hazırlıq otağı da daxil olmaqla suya tullanma üzrə təlim sessiyaları üçün mükəmməl avadanlıqlarla təchiz olunub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.