8 may 2015 13:45

Su polosu üzrə Azərbaycan yığması 1/4 finalda

Bu gün Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnir 1-4-cü yerlər və 5-8-ci yerlər uğrunda yarışlarla davam edəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması İtaliya, Yunanistan və Rusiya yığmaları ilə birgə ilk dördlükdə mübarizə aparacaq.

Olimpiya çempionu olmuş Macarıstan yığması, Asiya çempionu Qazaxıstan, Türkiyə və Gürcüstan yiğmaları isə 5-8-ci yerlər uğrunda yarışacaqlar. Bu məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. Bildiridiyinə görə yarımfinal oyunları mayın 8-də axşam saatlarında Baki Su İdmani Sarayında baş tutacaq. Bakı vaxtı ilə saat 17:30-da İtaliya yığması Rusiya idmançıları ilə qarşılaşacaq. Azərbaycan vaterpolçuları isə saat 18:45-də Yunanıstan millisi ilə güclərini sınayacaqlar.

Sabah may ayının 9-da Bakı vaxtı ilə 11:30-da üçüncü və dördüncü yerlər uğrunda, 12:45 –də turnirin final qarşılaşması baş tutacaq. Oyunlardan dərhal sonra qalıblərin mükafatlandırılması həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnir may ayının 6-da start götürüb və 9-na kimi davam edəcək. Turnirin sonunda qalıblər kubok, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.