8 may 2015 11:30

Xanlar Fətiyev: Etimadı doğrultmağa çalışacağıq

“Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir”. Azerisport.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, millət vəkili Xanlar Fətiyev Bakıda keçirilən Su polosu üzrə beynəlxalq turnirin açılış mərasimindəki çıxışında deyib.

O, bu vacib turnirin I Avropa Oyunları üçün yeni inşa olunan, bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Mərkəzində təşkil olunmasının qürurverici olduğunu qeyd edib:

“Biz Azərbaycana belə gözəl və hər şəraitlə təmin olunmuş idman qurğularını bəxş etdiyi üçün dövlət başçısı möhtərəm İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Bu gün ölkəmizin rəhbərinin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Bu bizi sevindirir. Biz də öz növbəmizdə söz veririk ki, bütün var gücümüzlə etimadı doğrultmağa çalışacağıq”.

X.Fətiyev qeyd edib ki, Üzgüçülük Federasiyasına daxil olan bütün idman növləri üzrə komandalar I Avropa Oyunlarına hazırlıq çərçivəsində dünyanın müxtəlif ölkılərində təlim-məşq toplantılarında və müxtəlif səviyyəli beynəlxal turnirlərdə iştirak ediblər: “Bizim Federasiyadakı komandalar əsasən gənclərdən təşkil olunub. Biz çalışırıq ki, onların beynəlxalq yarışlarda iştirak təcrübəsini artıraq. İnanıram ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar. Bunun üçün biz də Federasiya olaraq onlara hərtərəfli dəstək veririk”. (mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.