10 aprel 2015 13:15

Tamerlan Mustafayev: Məni güclü rəqabət gözləyir

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakterli Beynəlxalq Prezident Kubokunda Azərbaycanın xeyli perspektivli avarçəkəni iştirak edib. Azerisport.az xəbər verir ki, onlar arasında Tamerlan Mustafayevi xüsusi qeyd etmək olar. 21 yaşlı kayakçı 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə mübarizə apardı və hər üçündə mükafatçılar sırasına düşməyi bacardı. Amma o, heç bir yürüşdə qızıl medala sahib ola bilmədi. Bu da Mustafayevin daha təcrübəli Mirnazim Cavadovla rəqabət aparmasından irəli gəlirdi.

Tamerlan Mustafayev Prezident Kubokundakı çıxışı və qarşıdakı yarışlara hazırlığı barədə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlama verib...

- Yarış haqqında təəssüratlarınızı bildirərdiniz...
- 3 medal götürdüm. 3 məsafədə də iştirak etdim. 1000 və 500 metrdə 2-ci, 200 metrdə 3-cü yerlə kifayətləndim. Gözlədiyimdən də yaxşı nəticə göstərdim. Daha çox uzun məsafəyə yönəldiyimdən, 200 metrdəki çıxışım bir az zəif alındı. Çalışırdım ki, qısa məsafədə yüksək nəticə göstərim, amma alınmadı. Əminəm ki, məşq edərək gələcək yarışlarda 3 məsafənin hamısında birinci olacağam.

- Əsas rəqibiniz Mirnazim Cavadov idi...
- Bəli, onunla eyni komandadanıq. Eyni komanda daxilində rəqib olmur. Mirnazimlə bir yerdə məşq edirik. Onun kimi idmançı ilə birgə məşq mənim üçün böyük perspektiv deməkdir.

- Qarşıdan I Avropa Oyunları gəlir. Oyunlarda iştirak edə biləcəksiniz?
- Bu, hələ dəqiqləşməyib. Qərarı federasiya rəhbərliyi verəcək. Oyunlar zamanı 1 nəfərlik kayak qayığı ilə 2 məsafəyə - 200 metr və 1000 metrlik yürüşlər təşkil olunacaq.

- Özünüzü Oyunlara hazır sayırsınız?
- Bəli, hazıram. Amma Oyunlarda Mirnazim Cavadov çıxış etməlidir. O, məndən 2 yaş böyükdür, daha təcrübəlidir. Güman ki, elə özü də yarışacaq. Çünki qalib adını o qazanıb.

- Başqa hansı yarışlarınız var?
- Qarşıdan Dünya Kuboku və Avropa çempionatı gəlir. Amma bu yarışlarda da iştirak edib-etməyəcəyim bilinmir. Hər iki reqata mayda olacaq. Gələn ayadək məni güclü rəqabət gözləyir. Hansı məsafədə iştirak edəcəyimə rəhbərlik qərar verəcək.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.