6 aprel 2015 00:50

Prezident Kuboku reqatasının yekun nəticələri bəlli oldu

Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası keçirilib. Azerisport.az xəbər verir ki, ardıcıl 8-ci ildir təşkil olunan reqatada Bakı və Mingəçevir avarçəkənlərindən əlavə, Gürcüstanın hər 3 növ üzrə, Türkyənin isə 1997 – 1999-cu il təvəllüdlü kayakçılardan ibarət komandası mübarizə aparıb. Qonaq komandalar əvvəlki illərlə müqayisədə daha inamlı təsir bağışlayıblar.

Gürcüstanın həm həm 2000 – 2002, həm 1997 – 1999, həm də 23 yaşadək və yuxarı yaş qrupları üzrə avarçəkənləri üst-üstə 5 qızıl, 7 gümüş, 4 bürünc medala sahib olub. Türkiyə kayakçıları reqatanı 6 qızıl, 3 gümüş medalla başa vurublar. Azərbaycan təmsilçilərinə gəldikdə, mingəçevirli avarçəkənlər 11 qızıl, 14 gümüş, 17 bürünc, bakılı avarçəkənlər isə 4 qızıl, 3 gümüş, 3 bürünc medala yiyələniblər. Paytaxt təmsilçilərindən Vlad Nakoneçnı 4 nəfərlik qayıqla həm 1997 – 1999, həm də 2000 – 2002-ci il təvəllüdlülərin yarışında mingəçevirli akademik avarçəkənlərlə birgə aktivinə 2 qızıl medal da yazdırıb.

Qeyd edək ki, Beynəlxalq Prezident Kuboku reqatasında böyüklərdən ibarət kayakçı və kanoeçilərin yürüşləri I Avropa Oyunları öncəsi test xarakteri daşıyıb. Reqatanı “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri də izləyib. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər. Fərqlənənlərə diplom və medallar təqdim olunub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.