4 aprel 2015 19:45

Mirnazim Cavadov Prezident Kubokunda daha uğurlu nəticələr göstərib

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası start götürüb. Azerisport.az xəbər verir ki, bu reqata I Avropa Oyunları öncəsi test xarakteri daşıdığından, daha çox kayakçı və kanoeçilərin çıxışları diqqət mərkəzində olub.

Kayakçıların mübarizəsində Mirnazim Cavadov həm 1000 metr, həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə hamıdan güclü olub. O, 1000 metr məsafəni 3 dəqiqə 51 saniyəyə qət edərək, ən yaxın rəqibi Tamerlan Mustafayevi 5 saniyə geridə qoyub. 3-cü yeri 4 dəqiqə 1 saniyə nəticə ilə Aleksandr Piçugin tutub.

500 metr məsafəyə yürüşdə Cavadov 1,49 saniyə göstərici ilə finişə hamıdan tez çatıb. Mustafayev bu dəfə ondan 3 saniyə, Maksim Minin 7 saniyə geri qalıb.
 
Cavadov 200 metr məsafəni isə 36 saniyəyə qət edib. Bu dəfə o, gürcüstanlı Badri Kavelaşvilini 1 saniyə, Mustafayevi 2,61 saniyə geridə qoyub.

Kanoeçilərin 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşündə Taras Matviyçuk 4 dəqiqə 12 saniyə nəticə ilə qalib olub. Aleksey Kupin ondan 8 saniyə, Sergey Bezuqlıy isə 19 saniyə geri qalıb.

500 metr məsafəyə yürüşdə Kupin 1,53 saniyə nəticə ilə birinci olub. Bezuqlıy ondan 1 saniyə, Matviyçuk 2 saniyə geri qalıb.

200 metr məsafəyə yürüşdə isə Valentin Demyanenko finişə 41 saniyəyə çataraq qalib olub. Gürcüstanlı Zaza Nadiradze 42,58 saniyə nəticə ilə ikinci, Bezuqlıy isə 42,90 saniyə göstərici ilə üçüncü yeri tutub.

Nəhayət, akademik avarçəkənlərin 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşündə Aleksandr Aleksandrov 6,56 saniyəyə finişə çataraq, qalib olub. Boris Yotov ondan 3 saniyə, Cavid Əfəndiyev isə 9 saniyə geri qalıb.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə avarçəkənlərinin qatıldıqları Beynəlxalq Prezident Kuboku reqatasına aprelin 5-də yekun vurulacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.