3 aprel 2015 11:45

Avropa Oyunları öncəsi test xarakterli Prezident Kuboku

Bu gün Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvə Beynəlxalq Prezident Kuboku reqatası start götürəcək. Azerisport.az xəbər verir ki, sayca 8-ci dəfə təşkil olunacaq reqata "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq.

100-dək avarçəkənin qatılacağı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil edəcək. Onlar Bakı və Mingəçevirdəki "Kür" klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandalarımızın üzvləri olacaqlar. Bundan başqa Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış edəcək.

Amma "Bakı 2015"in proqramında akademik avarçəkmə yox, kayak və kanoe növləri yer alır. Bu səbəbdən, əsas diqqətlər hər 2 növ üzrə nüfuzlu reqatalarda öz sözlərini deməyi bacaran Azərbaycan yığmasının aparıcı üzvlərinə yönələcək. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko ilə kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskayadır. Eyni zamanda kanoeçilərdən Sergey Bezuqlıy - Aleksey Kupin və kayakçı Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.

Prezident Kubokunun daha bir özəlliyi yeni mövsümə start xarakteri daşımasındadır. Məhz bu reqatadan sonra Azərbaycan yığmalarının qarşıdakı daha nüfuzlu yarışlar üçün heyətlər müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar yenilənmiş Olimpiya Mərkəzində keçiriləcək reqataya aprelin 5-də yekun vurulacaq. “Bakı 2015” öncəsi test xarakteri daşıdığından, Prezident Kubokunu Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələri də izləyicəklər. (AMAF)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.