19 noyabr 2014 13:20

Azərbaycan Gürcüstanla iki oyunda heç-heçəyə razılaşdı

Su polosu idman növü üzrə Azərbaycan Milli komandası növbəti təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib.

Onun sözlərinə görə, Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində toplaşan idmançılarımız gərgin məşqlərdən sonra 2 yoxlama oyunu keçiriblər. Komandamız Gürcüstan milli komandası qarşılaşıb və hər iki oyun heç heçə başa çatıb: 9-9 və 10-10.

Su polosu üzrə milli komandamızın baş məşqçisi Azər Babayevin bildirdiyinə görə, qarşılaşmalar çox gərgin və mübarizə şəraitində keçib.

“Gürcüstan millisi su polosunda yetərincə öz sözünü demiş bir rəqibdir. Onlarla keçirilən bu yoxlama oyunlarında bir daha oyunçularımızı sınaqdan keçirdik. Təlim məşq toplantısı çərçivəsində daha bir yoxlama oyununu Tiflis şəhərində keçirməyi planlaşdırırıq. Avropa oyunları 2015-in start götürməsinə vaxt qısaldıqca biz daha çox işlər görmək, daha güclü rəqiblərlə idmançılarısınaqdan keçirmək istəyirik. Çalışırıq ki, ölkəmizdə keçiriləcək bu mötəbər yarışlarda Azərbaycanı layıqıncə təmsil edək” deyə Azər Babayev vurgulayıb.

Məlumat üçün bildirək ki, təlim məşq toplantısı noyabrin 13-dən 23-ə kimi davam edəcək.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.