9 noyabr 2014 14:30

Azərbaycan Beynəlxalq Kanoe Federasiyası Konqresinə ev sahibliyi etmək üçün təklif irəli sürdü

Azərbaycan rəsmi şəkildə Polşanın Varşava şəhərində Beynəlxalq Kanoe Federasiyasının 2016-cı il konqresinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının Texniki Direktoru Leyla Əliyeva Azərbaycan Respublikası adından çıxış edərək 2014 Beynəlxalq Kanoe Federasiyası Konqresinin nümayəndələrinin diqqətini son dövrlərdə ölkədə həyata keçirilən idman tədbirlərinin miqyası və kanoe idman növünün inkişaf səviyyəsinə diqqət çəkərək nitq söyləyib.

Azərbaycanın bu təşəbbüsü son illərdə Avropanın idman tədbirləri məkanı kimi məşhurluq qazanmağa başlayan bir ölkənin qısa zaman kəsiyində necə idman mərkəzinə çevrilməsi üzərində cəmlənib. İlk dəfə keçiriləcək  2015 Avropa Oyunları, 2016  Formula 1 üzrə Avropa Qran-Prisinə, 2017 İslam Oyunları, UEFA 2020- nin 4-də 1 finallarının Bakı şəhərində baş tutması bu şəhərin Beynəlxalq İdman Yarışlarının seçimi kimi adlanmasına səbəb oldu və Azərbaycan son olaraq ev sahibliyi edəcək ölkə kimi seçildi.
Daha sonra Azərbaycanda kanoe idman növünün tarixinə nəzər salındı və bu idman növünün Mingəçevirdə möhtəşəm kanoe mərkəzinin inşasından sonrakı inkişafı haqqında danışıldı. Eyni zamanda, bu mərkəz Avropa Oyunları zamanı kanoe sprinti üçün yarışlara ev sahibliyi edəcək.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Respublikası hökumətinin 2016 BKF Konqresinin ev sahibliyi üçün olan öhdəliklərini özündə əks etdirən və zəmanət rolunu oynayan məktub da əlavə etdi. Bu tədbirin qonaqlar üçün optimal iqlim şəraitiylə yanaşı, uğurlu sosial proqram, turistik və mədəni imkanlarla ən yüksək standartlara uyğun təşkil olunacağına təminat verir.

Xanım Əliyeva Azərbaycanın bu imkanı əldə etməkdən qürur duyacağını və Kanoe ailəsinin bu yenilikçi və maraq doğuran şəhəri 2016 BKF Konqresi üçün məkan kimi seçməklə böyük miqyasda faydalanacağını bildirərək müraciəti yekunlayıb.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.