25 sentyabr 2014 01:00

Yeni növ üzrə ilk DÇ-də 20-ci yer

Azərbaycan kanoe-slalom növündə ilk dəfə dünya çempionatında təmsil olunub. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının bu ildən inkişaf etdirməyə başladığı yeni növ üzrə mötəbər yarış ABŞ-ın Merilend ştatının Dip Krik gölündə baş tutub.

Ölkəmiz adından çempionatda Yure Meqliç mübarizə aparıb. 30 yaşlı slalomçu kişilər arasında fərdi kayak (K-1) növündə çıxış edib. O, seçmə mərhələdə 102,48 saniyə nəticə ilə 74 iştirakçı arasında 27-ci yeri tutub. Qaydalara əsasən, təmsilçimiz 40 ən yaxşı fərdi kayakçı sırasına düşdüyü üçün yarımfinala yüksəlib. Bu mərhələdə isə Meqliç yürüşü cəriməsiz tamamlasa da, müxtəlif maneələri keçərək, finişə 107,43 saniyəyə çatıb və 20-ci yeri tutub. Amma finala ilk "10-luğ"a düşənlər yüksəliblər. Bu səbəbdən, idmançımız mübarizəni dayandırıb və yekun sıralamada 74 iştirakçı arasında 20-ci yerlə kifayətlənib.

Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.