21 iyul 2014 00:12

DÇ-də medal üçün 0,108 saniyə çatmadı

Macarıstanın Seqed şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında dünya çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı 5 idmançı təmsil edib. Onlardan ən yüksək nəticəni yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə Mikita Sablin göstərib.

18 yaşlı idmançı seçmə yürüşdə finişə 41,730 saniyəyə çataraq, 3-cü, yarımfinalda 41,230 saniyə nəticə ilə 2-ci yeri tutaraq, finala yüksəlib. Həlledici yürüşdə isə Sablin 41,545 saniyə göstərici ilə 5-ci olub. O, bürünc medal qazanan litvalı Vadim Korobovdan cəmi 0,108 saniyə geri qalıb.

Digər təmsilçilərimiz isə əsas finala yüksələ bilməyib. Taras Matviyçuk 23 yaşadək kanoeçilərin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə 4 dəqiqə 0,460 saniyə nəticə ilə 3-cü olsa da, yarımfinalda 3 dəqiqə 54,101 saniyə göstərici ilə 4-cü yeri tutub. İlk “3-lüy”ə düşə bilmədiyindən onun son yürüşü B finalına təsadüf edib. Bu zaman isə Matviyçuk 3 dəqiqə 59,034 saniyə göstərici ilə 4-cü, ümumi sıralamada isə 13-cü yerlə kifayətlənib.

Anatoli Melnik 23 yaşadək kanoeçilərin yarışında 200 metr məsafəyə yürüşdə qüvvəsini sınayıb. O, seçmə yürüşdə 42,489 saniyə nəticə ilə 7-ci, yarımfinalda 41,201 saniyə göstərici ilə 8-ci olub və mübarizəni dayandırıb.

Kayakçılarımız arasında ən yüksək nəticəni Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadov göstərib. Cavadov 23 yaşadək kayakçılar arasında 200 metr məsafəyə seçmə yürüşdə finişə 36,102 saniyəyə 2-ci çatıb. Lakin o, yarımfinalda 35,427 saniyə nəticə göstərərək, 4-cü olub və əsas finaldan kənar qalıb. B finalında isə təmsilçimiz 36,793 saniyə göstərici ilə 4-cü, ümumi sıralamada 13-cü olub.

Nəhayət, Aleksey Solovey əvvəlcə yeniyetmə kayakçılar arasında 1 nəfərlik qayıqla 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 46,599 saniyə nəticə ilə 8-ci, yarımfinalda 3 dəqiqə 47,143 saniyə göstərici ilə 6-cı olub. C finalında isə o, 3 dəqiqə 51,387 saniyə nəticə ilə 9-cu, ümumi sıralamada 27-ci olub.

Solovey 200 metr məsafəyə seçmə yürüşdə finişə 40,781 saniyəyə 6-cı, yarımfinalda 38,920 saniyəyə 9-cu çatıb və mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatında 73 ölkə mübarizə aparıb.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.