12 iyul 2014 12:00

Avropa çempionatının ilk günündə 3 final

Almaniyanın Brandenburq şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürüb. Nüfuzlu reqataya 39 ölkədən 569 idmançı qatılıb. Azerisport.az xəbər verir ki, Azərbaycanı 4 kanoeçi və 1 kayakçı təmsil edir.

Çempionatın ilk günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib. Kanoeçilərimizdən Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr, Nikolay Matviyçuk 1000 metr məsafəyə yürüşdə əsas finala yüksəliblər. Bezuqlıy - Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 39,030 saniyə nəticə ilə 5-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə isə onlar ilk "3-lüy"ə düşməyi bacarıblar və finala vəsiqəyə yiyələniblər. Həlledici yürüş iyulun 12-də Bakı vaxtı ilə saat 21:04-də olacaq.

Bezuqlıy - Kupin dueti 500 metr məsafəyə yürüşdə seçmə mərhələni 1 dəqiqə 49,305 saniyəyə 4-cü, yarımfinal yürüşünü 1 dəqiqə 43,349 saniyəyə 2-ci pillədə başa vurublar. məhz yarımfinalda ilk "3-lüy"ə düşmələri səbəbindən onlar həlledici yürüşdə iştirak hüququna yiyələniblər.

Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşdə finişə 1 dəqiqə 51,864 saniyəyə 3-cü çatıb. Nəticədə o, birbaşa əsas finala yüksəlib. Həlledici yürüş iyulun 13-də saat 18:27-də olacaq. Təmsilçimiz 1000 metr məsafəyə yürüşdə isə seçmə mərhələni 4 dəqiqə 0,827 saniyəyə 5-ci yerdə tamamlasa da, yarımfinalda finişə çata bilməyib və əsas finaldan kənarda qalıb.

Nəhayət, yeganə kayakçımız Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 41,460 saniyə nəticə ilə 3-cü yeri tutub. Yarımfinalda isə o, finişə 1 dəqiqə 45,722 saniyəyə çataraq, 4-cü olub və əsas finala yüksələ bilməyib. Cavadov iyulun 12-də saat 16:15-də B finalında (10 - 18-ci yerlər) çıxış edəcək. Yeganə kayakçımız iyulun 12-də həm də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşlərə başlayacaq. O, saat 12:10-da seçmə yürüş üçün start xəttinə çıxacaq.

Nəhayət, kanoe üzrə 4 qat dünya və Avropa çempionu Valentin Demyanenko saat 12:25-də 1 nəfərlik qayıqla (C-1) start xəttinə çıxacaq. O, 200 metr məsafəyə yürüşə başlayacaq.

Qeyd edək ki, Brandenburqdakı qitə çempionatı 2015-ci il Avropa Oyunlarına lisenziya xarakteri daşıyır. Mingəçevirdə baş tutacaq kayakçı və kanoeçilərin mübarizəsində ölkəmiz ev sahibi kimi müəyyən güzəştlərə malik olacaq. Kişi kayak və kanoeçilərimiz 1 nəfərlik qayıqla 1000 metr, qadın kayakçımız isə 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə birbaşa iştirak hüququna yiyələnib. Qalan yürüşlərdə vəsiqələrə təmsilçilərimiz məhz Avropa çempionatında yiyələnməlidirlər.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.