8 iyul 2014 12:23

Dünya və olimpiya çempionu Azərbaycan millisində

Kayak üzrə dünya və olimpiya çempionu İnna Osipenko-Padomskaya Azərbaycan milli komandasının heyətinə cəlb olunub. Azerisport.az xəbər verir ki, 31 yaşlı idmançı həyat yoldaşı və şəxsi məşqçisi Dmitri Osipenko-Radomskinin rəhbərliyi altında hazırlaşacaq. Məşhur kayakçının millimizə keçidi ilə bağlı bütün məsələlər həllini tapıb.

Qeyd edək ki, İnna Osipenko-Radomskaya 20 sentyabr 1982-ci ildə Ukraynanın Xerson vilayətində anadan olub. Təcrübəli kayakçı Ukrayna yığmasının heyətində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıb. O, həmçinin 2012-ci il London olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş, 2004-cü il Afina olimpiadasında 4 nəfərlik qayıqla (K-4) 500 metr məsafəyə yürüşdə bürünc medala yiyələnib. Osipenko-Radomskayanın aktivində 2011-ci il Avropa çempionatında 1 nəfərlik qayıqla 500 metr, 2003-cü il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2010-cu il dünya çempionatında 1 nəfərlik qayıqla 200 metr məsafələrə yürüşlərdə gümüş, 2001-ci il dünya çempionatında 4 nəfərlik qayıqla 1000 metr, 2011-ci il dünya çempionatında isə 1 nəfərlik qayıqla 200 metr və 500 metr məsafələrə yürüşlərdə bürünc medal var.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.