30 iyun 2014 00:12

Avropa çempionatında tarixi nailiyyət

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatında Azərbaycan milli komandası tarixi nailiyyətə imza atıb. Azerisport.az xəbər verir ki, ölkəmiz nüfuzlu yarışlarda ilk dəfə kayak növündə medal qazanıb.

Çempionatın son günündə Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşündə finişə 1 dəqiqə 40,812 saniyəyə çataraq, bürünc medala yiyələnib. Danimarkalı Orion Pilo 1 dəqiqə 40,092 saniyə nəticə ilə Avropa çempionu, rumıniyalı Kostantin Mironesku isə 1 dəqiqə 40,220 saniyə göstərici ilə vitse-çempion olub. Beləliklə, Cavadovun uzun müddət davam edən səyləri və əziyyətləri bəhrəsini verib.

Bununla da Azərbaycan yığması Avropa çempionatını 2 bürünc medalla başa vurub. Daha öncə 23 yaşadək kanoeçilərimizdən 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti fəxri kürsüyə yüksəlməyi bacarıb.

Çempionatın son günündə kayak və kanoeçilərimiz daha 4 əsas final yürüşündə çıxış ediblər. Mikita Sablin yeniyetmələr arasında 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 42,968 saniyə nəticə ilə 7-ci, 500 metr məsafəyə yürüşdə isə 1 dəqiqə 57,500 saniyə göstərici ilə 8-ci olub.

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəni 1 dəqiqə 55,156 saniyəyə qət edərək, 5-ci yeri tutub.

23 yaşadək kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə yürüşündə Taras Matviyçuk - Aleksey Kupin dueti də 1 dəqiqə 42,908 saniyə göstərici ilə 5-ci olub. Onlar bürünc medal qazanmış rumıniyalı Kristian George - Kosmin Simyon duetindən cəmi 0,532 saniyə geri qalıblar.

Digər yürüşlərə gəldikdə, Mirnazim Cavadov 23 yaşadək kayakçılar arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə B finalında (10 - 18-ci yerlər) 36,572 saniyə nəticə ilə 11-ci, Aleksey Solovey - Amil Hüseynli dueti yeniyetmələr arasında 2 nəfərlik qayıqla (K-2) 500 metr məsafəyə yürüşdə 1 dəqiqə 39.236 saniyə nəticə ilə, Amil Hüseynli 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yürüşdə 39,076 saniyə göstərici ilə 14-cü yeri tutub.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.