29 iyun 2014 01:12

Avropa çempionatında ilk medal!

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşadək kayakçıların yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil edirlər.

İyunun 27-də Matviyçuk – Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq, 1-ci olublar və birbaşa əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (3:34.072), gümüş medal isə ukraynalı Yuri Vandyuk – Andrey Rıbaçok (3:35.352) duetlərinə qismət olub.

Digər kayakçılarımız və kanoeçilərimiz qarşıdakı hələlik fəxri kürsüyə yüksələ bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.