20 iyun 2014 01:15

Azərbaycan təmsilçiləri Dünya Kubokunda mübarizəyə başlayır

İyunun 20-də Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək.

Əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək. Aleksandrov – Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq.

 2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç – Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq.

 Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. Əfəndiyev isə ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq.

 Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.

(AMAF-ın mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.