2 iyun 2014 11:22

Avropa çempionatında tarixi nailiyyət

Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 gümüş medalla başa vurub.
Həmin medala 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti sahib olub. Onlar final yürüşündə məsafənin 1500 metrlik bölümündə hamıdan öndə olsalar da, sonda 6 dəqiqə 9,36 saniyə nəticə ilə 2-ci yeri tutublar. Bununla belə, 24 yaşlı Aleksandrov və cəmi 18 yaşı olan Yotovdan ibarət duetimiz ilk dəfə Avropa çempionatında fəxri kürsüyə çıxıb.
Qızıl medala 6 dəqiqə 8,82 saniyə nəticə ilə Rolandas Maskinskas - Saulius Ritter (Litva), bürünc medala isə  6 dəqiqə 10,09 saniyə göstəriciyə malik Hans Qruhne - Stefan Krüger (Almaniya) dueti yiyələnib.
Qeyd edək ki, Azərbaycan ümumi komanda hesabında medal qazanan 19 ölkə arasında 17-ci olub. 
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.