25 may 2014 22:11

Boris Yotov ikiqat Avropa çempionu oldu

Belçikanın Hazevinkel şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, 31 ölkədən 450 avarçəkənin mübarizə apardığı yarışda Azərbaycanı Boris Yotov təmsil edib.
18 yaşlı idmançımız 1 nəfərlik qayıqla (JM 1X) mübarizə aparıb. Yotov 2000 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayaraq, karyerasında ikinci dəfə Avropa çempionu olub. Təmsilçimiz mübarizəyə seçmə mərhələdən başlayıb. Onun ilk rəqibləri Fransa, Xorvatiya, Estoniya və Gürcüstan avarçəkənləri olub. Yotov onları qabaqlayaraq, finişə 7 dəqiqə 24,07 dəqiqəyə çatıb və yarımfinala yüksəlib. Növbəti mərhələdə idmançımız Rusiya, Çexiya, Latviya, Sloveniya və Estoniya təmsilçiləri ilə yarışıb. Bu dəfə isə Yotov 7 dəqiqə 22,58 saniyə nəticə ilə yenə hamıdan öndə olub və finala çıxıb.
Nəhayət, mayın 25-də keçirilmiş həlledici yürüşdə avarçəkənimiz finişə daha tez - 7 dəqiqə 2,72 saniyəyə çataraq, qızıl medal qazanıb. Ondan 6,37 saniyə geri qalan isveçrəli Yakob Blankenberger gümüş, 7 dəqiqə 10,79 saniyə göstəriciyə malik çexiyalı Yaroslav Hellebrand isə bürünc medala sahib olub.
Qeyd edək ki, Boris Yotov yeniyetmə akademik avarçəkənlər arasında qitənin ən güclüsü olduğunu ardıcıl ikinci dəfə təsdiqləyib. O, ilk Avropa çempionluğunu ötən il 25-26 mayda Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında əldə edib. Həmin vaxt təmsilçimiz 1 nəfərlik qayıqla finişə 6 dəqiqə 57,445 saniyəyə çatıb. Beləliklə, Yotov 16 - 28 avqustda Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu sübut edib.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.