16 may 2014 11:48

Dünya Kubokunun II mərhələsi üçün heyət açıqlandı

Mayın 16-da Çexiyanın Rasitse şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.

Onların 6-sı kanoe, 2-si isə kayak növündə mübarizə aparacaq. Kanoeçilərimizdən Mikola Matviyçuk və Sergey Bezuqlıy ayrı-ayrılıqda 1 nəfərlik qayıqla, Aleksey Kupin - Taras Matviyçuk dueti 2 nəfərlik qayıqla 1000 metr məsafələrə yürüş edəcək. 

500 metr məsafəyə yürüşə kayakçılarımızdan Aleksandr Piçugin 1 nəfərlik, Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 2 nəfərlik, kanoeçilərimizdən Atatoli Melnik və Mikita Sablin ayrı-ayrılıqda 1 nəfərlik, Aleksey Kupin - Taras Matviyçuk dueti 2 nəfərlik qayıqla qatılacaq. 

200 metr məsafəyə yürüşdə kayakçılarımızdan Tamerlan Mustafayev, kanoeçilərimizdən isə Sergey Bezuqlıy və Mikita Sablin ayrı-ayrılıqda 1 nəfərlik qayıqla çıxış edəcək. 

Nəhayət, 5000 metr məsafəyə kanoeçilərimizdən Mikola Matviyçuk 1 nəfərlik qayıqla yürüş edəcək.

Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.