16 may 2014 13:22

Aleksandr Aleksandrov dünya çempionatında mübarizəyə başlayır

Avqustun 25-də Cənubi Koreyanın Çunqju şəhərində akademik avarçəkmə üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, böyüklər arasında keçiriləcək mundialda Azərbaycanı 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov təmsil edəcək.
O, karyerasında ikinci dəfə belə nüfuzlu yarışda mübarizə aparacaq. Aleksandrov 2011-ci ildə Sloveniyanın Bled şəhərində keçirilmiş dünya çempionatında 9-cu yeri tutaraq, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı. Amma aparıcı akademik avarçəkənimiz bu dəfə çempionatın favoritlərindən sayılır. O, artıq 2 dəfə (2007, 2008) yeniyetmələr, 1 dəfə 23 yaşadək akademik avarçəkənlər (2012) arasında dünya çempionu olmağı bacarıb. Təmsilçimiz hələ 22 yaşında ikən London olimpiadasında əsas finala yüksələrək, yekunda 5-ci olub. Bu il isə Aleksandrov İspaniyanın Sevilya şəhərində keçirilmiş Avropa çempionatında 5-ci, Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş Dünya Kubokunun II mərhələsində isə 4-cü yeri tutub. O, ən böyük uğuruna isə elə Londonda imza atıb. Aleksandrov ilk dəfə dəvət aldığı 174 illik tarixə malik Henli Kral Reqatasının ("Henley Royal Regatta”) qalibi olmağı bacarıb. Avarçəkənimiz yeni zelandiyalı 3 qat dünya çempionu Dankan Qrant, 5 qat olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi Meyh Drizdeyl, sloveniyalı olimpiya və 3 qat dünya çempionu Luka Şpik və böyük britaniyalı, 2012-ci il London Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurmuş Alan Kempbelli üstələyə bilib.
Qarşıdakı dünya çempionatında isə Aleksandrovu 31 avarçəkənlə, o cümlədən Drizdeyl, Şpik və Kempbellə böyük rəqabət gözləyir. Püşkə əsasən, təmsilçimizin seçmə mərhələdəki rəqibləri Memo Memo (İndoneziya), Vladislav Yakovlev (Qazaxıstan), Yevgeni Sokirka (Moldova) və Anxel Furnier Rodriges (Kuba) olacaq. İlk “3-lüy”ə düşəcəyi halda, avarçəkənimiz 1/4 finala vəsiqə qazanacaq. Nüfuzlu yarışa sentyabrın 1-də yekun vurulacaq.
Qeyd edək ki, Aleksandr Aleksandrov dünya çempionatına akademik avarçəkmə üzrə milli komandamızın baş məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında Almaniyanın Münhen şəhərində hazırlaşıb.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.