5 may 2014 13:33

Dünya Kubokunda 9 xal və 17-ci yer

Azərbaycanın kayak və kanoe üzrə milli komandası İtaliyanın Milan şəhərində keçirilmiş Dünya Kubokunun I mərhələsində mübarizə aparıb. Azerisport.az xəbər verir ki, ölkəmizi 6 kanoeçi və 2 kayakçı təmsil edib.
Kanoeçilərimizdən 4-ü müxtəlif məsafələrə yürüşlərdə finaladək irəliləməyi bacarıb. 1 nəfərlik qayıqla 1000 metr məsafəyə həlledici yürüşdə Mikola Matviyçuk 3 dəqiqə 59,040 saniyə nəticə ilə 5-ci yeri tutub.
2 nəfərlik qayıqla (C-2) mübarizə aparan Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə həlledici yürüşlərdə çıxış edib. Cütlük 500 metr məsafəyə 1 dəqiqə 41,048 saniyəyə 5-ci, 1000 metr məsafəni isə 3 dəqiqə 39,525 saniyəyə 6-cı çatıb.
Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Amma Melnik həlledici yürüşdə 1 dəqiqə 54,636 saniyə nəticə ilə 8-ci olub. Melnik 200 metr məsafəyə yürüşdə isə 43,438 saniyə nəticə ilə 18-ci yeri tutub.
Digər təmsilçilərimizə gəldikdə, Mikita Sablin həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə çıxışlarını yarımfinalda başa vurub. Mikola Matviyçuk və Taras Matviyçuk 5000 metr məsafəyə yürüşdə finişə çata bilməyiblər. T. Matviyçuk 1000 metr məsafəyə yürüşdə isə mübarizəni yarımfinalda dayandırıb.
Kayakçılarımızdan Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) 500 metr, Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) həm 500 metr, həm də 200 metr məsafəyə yürüşdə əsas finala yüksələ bilməyib. Mustafayev - Piçugin cütlüyü 500 metr məsafəyə yürüşü 15-ci pillədə başa vurub.
Təmsilçilərimizdən heç biri mükafatçılar sırasına düşə bilməsə də, Matviyçuk 5 xal, Bezuqlıy - Kupin dueti 4 xal qazana bilib. Nəticədə Azərbaycan 9 xalla ümumi komanda hesabında 37 ölkə arasında 17-ci yeri tutub.
(Azərbaycan milli avarçəkmə federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.