3 may 2014 11:11

Dünya Kubokunun ilk günündə 4 final!

İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan kanoeçiləri 4 yürüşdə adlarını finala yazdırıblar. 

2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy - Aleksey Kupin dueti həm 1000 metr, həm də 500 metr məsafəyə seçmə yürüşdəcə ilk “3-lüy”ə düşərək, əsas finala vəsiqə qazanıb. 1000 metr məsafəyə seçmə yürüşdə bu duet finişə 3 dəqiqə 47,729 saniyəyə çataraq, 3-cü yeri tutub. 500 metr məsafəyə seçmə yürüşdə isə Bezuqlıy – Prokopenko cütlüyü 1 dəqiqə 43,469 saniyə nəticə ilə 2-ci olub. 1000 metr məsafəyə final yürüşü mayın 3-də Bakı vaxtı ilə saat 12:53-də, 500 metr məsafəyə həlledici yürüş mayın 4-də saat 16:35-də baş tutacaq. 

1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə seçmə yürüşdə Mikola Matviyçuk 4 dəqiqə 6,802 saniyə nəticə ilə 4-cü yeri tutub. Onun qardaşı Taras Matviyçuk isə finişə 4 dəqiqə 13,332 saniyəyə çataraq, 8-ci olub. Nəticədə hər iki kanoeçi yarımfinala yüksəlib. Növbəti mərhələdə Taras Matviyçuk 4 dəqiqə 27,815 saniyə göstərici ilə 8-ci olub və mübarizəni dayandırıb. Əvəzində Mikola Matviyçuk 4 dəqiqə 14,819 saniyə göstərici ilə 2-ci yeri tutaraq, finala çıxıb. Həlledici yürüş mayın 3-də Bakı vaxtı ilə saat 12:33-də olacaq. 

Finala daha bir vəsiqəni 1 nəfərlik kanoe qayığı (C-1) ilə 500 metr məsafəyə yürüşdə Anatoli Melnik əldə edib. Melnik seçmə mərhələdə 1 dəqiqə 57,966 saniyə nəticə ilə 4-cü, yarımfinalda isə 1 dəqiqə 56,755 saniyə göstərici ilə 2-ci yeri tutub. Beləliklə, o, adını birbaşa final yürüşünə yazdırıb. Həlledici yürüş mayın 4-də saat 14:14-də olacaq. Lakin daha bir kanoeçimiz Mikita Sablin seçmə yürüşdə finişə 2 dəqiqə 3,517 saniyəyə 8-ci çataraq yarımfinala çıxsa da, növbəti mərhələdə 2 dəqiqə 8,335 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb. Həm Melnik, həm də Sablin 200 metr məsafəyə yürüşlərə də qatılacaqlar. Onlar müvafiq olaraq, mayın 3-də Bakı vaxtı ilə saat 17:35-də və saat 17:40-da start xəttinə çıxacaqlar. 

Kayakçılarımıza gəldikdə, 500 metr məsafəyə seçmə yürüşdə Aleksandr Piçugin 1 nəfərlik qayıqla (K-1) finişə 1 dəqiqə 50,183 saniyəyə çataraq 7-ci olub. Bu nəticə ilə Piçugin yarımfinala yüksəlib. Amma növbəti mərhələdə o, 2 dəqiqə 0,915 saniyə nəticə ilə 9-cu yeri tutub və mübarizəni dayandırıb. 

2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə isə Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti 1 dəqiqə 41,973 saniyə nəticə ilə 4-cü yeri tutaraq, yarımfinala yüksəlib. Lakin onlar yarımfinalda finişə 1 dəqiqə 43,975 saniyəyə 8-ci çataraq mübarizəni dayandırıblar. Lakin Mustafayev həm 1 nəfərlik qayıqla, həm də Piçuginlə birgə 2 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə də qatılacaq. 1 nəfərlik qayıqla seçmə yürüş mayın 3-də Bakı vaxtı ilə saat 17:20-də, 2 nəfərlik yürüşlə mübarizə isə saat 18:10-da başlanacaq. 

Mayın 4-də isə Taras və Mikola Matviyçuk 1 nəfərlik kanoe qayığı ilə 5000 metr məsafəyə final yürüşünə çıxacaqlar. Yürüş Bakı vaxtı ilə saat 17:20-də başlanacaq. 

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.