23 aprel 2014 18:28

Yure Meqliç: Həm razı, həm də narazı qaldım

Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqatada kanoe-slalom növündə Azərbaycana ilk medalı qazandırmış Yure Meqliç fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 30 yaşlı idmançı Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında hər il bu reqatada mübarizə apardığını söyləyib.
O bildirib ki, turnir daim güclü rəqabət şəraitində keçir. Meqliç ilk yarış günündəki çıxışından razı qaldığını deyib: “Həmin yarış zamanı mən qapıya toxunmadan iki keçid etdim. Qaydalara görə, dirəyə hər toxunuşa iki cərimə verilir. Hər iki keçidimdən razı qaldım”.
Növbəti günə təsadüf edən çıxışı isə kanoe-slalomçumuzu o qədər də razı salmayıb: “Çünki mən keçidin əvvəlində bir böyük səhvə yol verdim, sonda isə qapıya toxundum. Nəticədə ümumi sıralamada üçüncü oldum”.
Hazırda qayığının sürətindən razı olan Meqliç növbəti aylarda start götürəcək yeni yarışlara hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, Yure Meqliç Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqata kişilər arasında fərdi kayak (K1M) növündə mübarizə aparıb. 30 yaşlı kanoe-slalomçumuz yarışın ilk günündə birinci keçiddə 97,58 saniyə, ikinci keçiddə isə 96,33 saniyə nəticə ilə 2-ci yeri tutub. İkinci yarış günündə təmsilçimiz nəzərdə tutulan məsafəni ilk keçiddə 106,54 saniyəyə və 4 cərimə ilə, növbəti keçiddə isə 105,88 saniyəyə və 2 cərimə ilə qət edib. Cərimələr Meqliçin göstərdiyi nəticələrlə toplanılıb və son sıralamada onun ən yaxşı göstəricisi 107,88 bal olub. Bununla da idmançımız 6-cı yeri tutub. İki günün nəticələrinə əsasən ümumi sıralamada isə Meqliç bürünc medala sahib olub.
Qeyd edək ki, yubiley reqatasında Azərbaycanın yeganə kanoe-slalomçusundan əlavə, Slovakiya, Polşa, Rusiya, Çexiya, Ukrayna və Sloveniyanın 80-dən çox idmançısı mübarizə aparıb.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.