23 aprel 2014 01:22

Yeni idman növündə ilk medal

Azərbaycan Milli Avarçəkmə Federasiyasının yeni olimpiya idman növü kimi inkişaf etdirməyə başladığı kanoe-slalom növündə ölkəmiz ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqatada təmsilçimiz Yure Meqliç gümüş medala sahib olub. 

O, yubiley reqatasında kişilər arasında fərdi kayak (K1M) növündə mübarizə aparıb. 30 yaşlı kanoe-slalomçumuz yarışın ilk günündə birinci keçiddə 97,58 saniyə nəticə göstərərək, polşalı Dariuş Popieladan 0,46 saniyə geri qalıb. İkinci keçiddə isə Meqliç 96,33 saniyə nəticə ilə rusiyalı Pavel Eygelə 0,45 saniyə uduzub. Slalomçumuz hər iki keçidi cəriməsiz başa vurduğu halda, Eygel birinci keçiddə 2, Popiele isə 4 cəriməyə yol verib. Amma qaydalara əsasən, iki keçiddən hər hansı birində ən yaxşı nəticə göstərən idmançı qalib sayılıb. Bu səbəbdən, Eygel (95,88) qızıl, Meqliç (96,33) gümüş, Popiela (97,12) isə bürünc medala layiq görülüb. 

İkinci yarış günündə təmsilçimiz nəzərdə tutulan məsafəni ilk keçiddə 106,54 saniyəyə və 4 cərimə ilə, növbəti keçiddə isə 105,88 saniyəyə və 2 cərimə ilə qət edib. Cərimələr Meqliçin göstərdiyi nəticələrlə toplanılıb və son sıralamada onun ən yaxşı göstəricisi 107,88 bal olub. Bununla da idmançımız 6-cı yeri tutub. Rusiya təmsilçiləri Pavel Eygel (101,65) və Yevgeni Doronin (106,11) qızıl və gümüş, polşalı Qrjeqorj Polaçik (106,86) bürünc medala yiyələnib. Slovakiyalı Yan Şaybidar (107,45) 4-cü, Matuş Huysa (107,77) 5-ci yerlə kifayətlənib. 

Qeyd edək ki, yubiley reqatasında Azərbaycanın yeganə kanoe-slalomçusundan əlavə, Slovakiya, Polşa, Rusiya, Çexiya, Ukrayna və Sloveniyanın 80-dən çox idmançısı mübarizə aparıb. 

(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.