21 oktyabr 2013 12:04

“Ümidvaram, Londondakı səhv Bakıda təkrarlanmaz”

London olimpiadasında Sergey Bezuqlı-Maksim Propokenko cütü fərqlənməyə çox yaxın idi. 2-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə mübarizə aparan avarçəkənlərimiz, yolun son qalmış 1/4 hissəsinə qədər hamıdan öndə irəliləyirdilər. Amma yekunda idmançılar nəinki liderliyi, bürünc medalı da əldən verdilər.
 
Olimpiadadan sonra bir müddət istirahət edən Bezuqlı, bu mövsüm bir neçə yarışda qüvvəsini sınayıb. Artıq onun tərəf-müqabili başqasıdı. İndi təcrübəli kanoeçimiz təlim-məşqlərini özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə keçir.
 
Azerisport.az saytına müsahibəsində, o, gənc duet ortağı ilə yeni uğurlar qazanacağına inamını gizlətməyib. Tezliklə doğma vətəni Ukraynadan Azərbaycana dönəcək Sergey, burada təlim-məşq toplanışa qatılacaq:
 
- Sabah yeni mövsümə hazırlıqla əlaqədar Mingəçevirə qayıdacağam. Hər şey qaydasındadır. Əminəm ki, növbəti mövsüm daha yaxşı keçəcək.
 
- Artıq tərəf-münabiliniz dəyişib. Maraqlıdır, sizə Propokenko ilə əlverişli idi, yoxsa indi, Kupinlə?
- Maksimlə uzun müddətdi tanışıq. Onunla çox məşq etmiş və yarışda mübarizə aparmışdım. Bu dəfə isə, gənc həmkarımla çıxış etdim. Amma Aleksey də mənə təzə ad deyil. O, bizimlə eyni qrupda 3 il hazırlaşıb. Kupinin sənətkarı olub-olmadığını söydəmək çətindir. İşləmək lazımdır. Hər şey yaxşı olacaq.
 
- Növbəti mövsüm üçün hədəfiniz nədir? Düzü, həmişə mötəbər yarışlarda komanda yoldaşınız Valentin Demyaneko ilə paralel fərqlənirdiniz. Bu dəfə, nəsə belə olmadı…
- Hər il medal qazanmaq istəyərəm. Ümidvaram ki, gənc tərəf-müqabilim mənə dəstək verəcək (gülür).
 
- Bir məqam da diqqət çəkəndi. 3-qat dünya və Avropa çempionundan fərqli, siz həmişə gümüş medalla kifayətlənirsiniz. Bəlkə, gələn il bu ənənəyə son qoyasınız və nəhayət, qızıl medal qazanasınız?
- Valentin 1-nəfərlik qayıqla 200 metr məsayə yürüşdə çıxış edir. Amma mən çox ağır bir məsafədə mübarizə aparıram. 1000 metrlik yürüş həddən artıq aldadıcıdır. Üstəlik, 2-yerlik qayıqda “sükan”ı tək sən idarə etmirsən. 
 
- 2015-ci ildə Bakıda 1-ci Avropa oyunları keçiriləcək. Böyük ehtimalla, kanoe həmin olimpiadanın proqramına salınacaq. Özlüyünüzdə, indidən bu ciddi sınağa hazırlaşırsınızmı?
- Demyanenkonun dünya çempionatında uğuru Azərbaycanı yenə ruhlandırdı. Düzdü, Mingəçevir paytaxtdan çox uzaqdadı. Bilmirəm bu məsələ necə həll olunacaq. Amma bizim çıxış etdiyimiz proqram, olimpiya oyunlarında 2-nəfərlik qayıqda yeganə məsafədir. Yüksək səviyyədə hazırlaşacağam. Əminəm ki, sonda yaxşı olacaq.
 
- Yəqin ki, London-2012-də səhv Bakıda yenə yaşanmaz.
- Bəli. Ümidvaram, belə hal təkrarlanmaz. Bir dəfə oldu, bəsdir.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.