2 oktyabr 2013 12:25

“Gələn dəfə mütləq bəxtim gətirməlidi”

2012-ci il London Yay Olimpiya Oyunlarında kanoeçilərimiz arasında Sergey Bezuqlıy – Maksim Prokopenko dueti medal qazanmağa çox yaxın idi. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bu duet son 250 metrlik bölümə daxil olarkən, bütün rəqiblərindən öndə idi.
 
Amma yekunda onlar nəinki liderliyi, hətta bürünc medal şanslarını da əldən verdilər və 4-cü yerlə kifayətləndilər. Olimpiadanın ardından bir müddət istirahət edən Bezuqlıy bu mövsüm bir neçə yarışda iştirak edib. Onun duet ortağı da dəyişib. İndi təcrübəli kanoeçimiz özündən 11 yaş kiçik Aleksey Kupinlə birgə hazırlıq keçir. Onlar hətta Almaniyanın Duysburq şəhərində keçirilmiş dünya çempionatında 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləməyi bacarıblar. Çempionatı 5-ci yerdə başa vurmuş Bezuqlıy Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində çıxışından razılıq ifadə edib: 
 
- Mövsümü necə dəyərləndirərdiniz?
- Hər şey normaldır. Bu mövsüm üçün böyük planlarım yox idi.
 
- Çıxışlarınızdan razısınız?
- Bəli. Özüm də gözləmirdim ki, belə çıxış edə bilərəm. Çünki hazırlıq prosesindən 7 ayadək kənarda qalmış və duet ortağımı dəyişmişdim. Uzun müddətdir birgə çıxış etdiyim Maksim Prokopenkonu Aleksey Kupin əvəzləmişdi.
 
- Bəs bu dəyişiklik çıxışlarınıza necə təsir etdi?
- Elə də təsir etmədi. Sadəcə, Kupinlə birgə hazırlığımız az oldu. Yeni duet ortağım cəmi 18 yaşında olsa da, bu il yeniyetmələr arasında Avropa çempionatını 2 bürünc medalla başa vurub. Deyə bilərəm ki, çox yaxşı və perspektivli oğlandır.
 
- Onunla böyük hədəflərə çatmağı mümkün sayırsınız?
- Bəli, ona çox ümid edirəm. Kupin artıq 3 ildir ki, millimizin baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında çalışır.
 
- Kupini Maksim Prokopenko ilə müqayisə etmək mümkündür?
- Bəli. Amma hələ böyük yarış təcrübəsi yığmalıdır.
 
- 29 yaşda özünüzü necə hiss edirsiniz: London Yay Olimpiya Oyunlarından ötən bir il ərzində təcrübə yığmısınız, yoxsa yaş öz sözünü deyib?
- Özümü daha yaxşı hiss edirəm. Heç vaxt belə olmamışam (gülür)
 
- Rəqibləriniz arasında sizinlə rəqabətə hazır olan yeni duetlər ortaya çıxıb?
- Bu il macarıstanlı Henrik Vasbanyay – Robert Mike dueti peyda olub. Bu cütlük son dünya çempionatında 1000 metr məsafəyə yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc medal qazandı. Qalan duetlər isə elə əvvəlki kimidirlər.
 
- London olimpiadasının finalını şərh edə bilərsiniz?
- Bu, mənim üçün çox çətindir. Son 250 metrlik bölümədək birinci olduğun halda, mövqeyini əldən vermək və yekunda heç mükafatçılar sırasına düşə bilməmək nadir hallarda baş verir. Lakin bu, idmandır. İdmanda bəxt amili də hərdən rol oynayır. Amma gələn dəfə mütləq bəxtim gətirməlidir.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.