31 avqust 2013 00:01

Təmsilçimiz finala çıxa bilmədi

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Cənubi Koreyanın Çunqju şəhərində keçirilən dünya çempionatında əsas finala yüksələ bilməyib. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yarımfinal yürüşündə Aleksandrov ilk "3-lük"dən kənarda qalıb. 
 
Finişə 7 dəqiqə 18,66 saniyəyə çatan təmsilçimiz 4-cü olub. Əvəzində çexiyalı Andrey Sinek (6:56.52), böyük britaniyalı Alan Kempbell (6:59.67) və litvalı Mindauqas Qrişkonis (7:02.54) əsas finala adlayıblar. Aleksandrov isə Roman Röösli (İsveçrə), Dani Fridman (İsrail), Savarn Sinq (Hindistan), Georgi Bojilov (Bolqarıstan) və Artyom Kosovla (Rusiya) birgə B finalında (7 - 12-ci yerlər) çıxış edəcək. 
 
Yarımfinal yürüşünün ardından 2012-ci il London Yay Olimpiya Oyunlarında, eləcə də son 2 dünya çempionatında bürünc medal qazanmış böyük britaniyalı akademik avarçəkən Alan Kempbell FİSA-nın (Beynəlxalq Akademik Avarçəkmə Federasiyası) rəsmi saytına açıqlama verib. O, dünya çempionatının yarımfinal yürüşündə Azərbaycan təmsilçisi Aleksandr Aleksandrovu geridə qoyduğu üçün sevincini gizlətməyib: “Çox yaxşı, sərt mübarizə oldu. Özümü yaxşı hiss edir və xoşbəxtəm ki, məni Henli Kral Reqatasının finalında geridə qoymuş Aleksandrovu bu dəfə üstələyə bildim. Hesab edirəm ki, finala vəsiqə qazanan bütün 6 avarçəkən medal qazanmağa qadirdir. Onların hamısına uğurlar arzulayıram. Amma daha çox özümün uğur əldə etməsini istəyirəm. 
 
Qeyd edək ki, digər yarımqrupdan isə medallar uğrunda Marsel Hakker (Almaniya), Anxel Furnier Rodriges (Kuba) və Roel Braas (Hollandiya) mübarizə aparacaq. Hər iki yürüş sentyabrın 1-də olacaq.
 
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.