29 avqust 2013 15:51

“Azərbaycan millisi son illər böyük irəliləyişə nail olub”

Azerisport.az sizi Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Beynəlxalq Olimpiya Komitəsi prezidentliyinə namizəd Denis Osvaldın müsahibəsi ilə tanış edir.
 
- İzlədiyiniz yeniyetmələr arasında dünya çempionatında Azərbaycan akademik avarçəkəni Boris Yotov bürünc medal və 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya qazandı. Ümumiyyətlə, Azərbaycanda bu idman növünün vəziyyəti barədə hansı fikirdəsiniz?
- Hiss edirəm ki, Azərbaycan millisi son illər böyük irəliləyişə nail olub. Çox yaxşı avarçəkənləriniz var və onlar ölkənizə medallar qazandırırlar. Bu da inkişafın göstəricisidir.
 
- 2015-ci Avropa Oyunlarının proqramına akademik avarçəkmə növü salınmadı. Bu, nə ilə əlaqədardır?
- Azərbaycanda avarçəkmə yarışları üçün 2 yer mövcuddur. Biri Bakıdan 300 km uzaqda Mingəçevir şəhərindədir. Orada suyun vəziyyəti belə əhəmiyyətli yarışın keçirilməsi üçün münasib deyil və qonaqları qəbul etmək üçün lazımi infrastrukturu yoxdur. Digər məkan isə Bakı ətrafındakı Xocasən gölüdür. Orada isə su elə çirkli vəziyyətdədir ki, gölü təmizləmək lazımdır. Yalnız bundan sonra orada yarış keçirmək mümkündür. Yaxın 2 il ərzində isə oranı təmizləmək alınmayacaq. Gələcəkdə həmin göldə avarçəkmə üçün yaxşı imkanlar olacaq. Çox təəssüf edirik ki, Azərbaycanda avarçəkmə yarışlarının keçirilməsi üçün tələb olunan şəraitlər yoxdur.
 
- Azərbaycan avarçəkənləri Avropa və dünya çempionatlarında, Yay Olimpiya Oyunlarında yaxşı nəticələr göstəriblər. Bəs ölkəmizdə nisbətən aşağı səviyyəli beynəlxalq reqataların təşkili necə, mümkündürmü?
- Bəli. Amma bundan ötrü sizə yarışların keçirilməsi üçün yer lazımdır. Hazırda isə belə bir yer yoxdur. Aidiyyəti qurumlar ilk növbədə, Xocasəndəki gölü təmizləməli, sonra isə biz orada yüksək səviyyəli yarışlar keçirməliyik.
 
- Bəlkə bu məsələdə Azərbaycana köməkliyinizi göstərəsiniz?
- Təbii. Mən gənclər və idman nazirinizlə bu məsələni müzakirə etmişəm və öz köməyimizi təklif etmişəm. Ölkənizdə yarışlar keçirmək mümkündür. Suyun lazımi səviyyəyə gətirilməsi üçün ilk növbədə, göl təmizlənməlidir.
 
- Yaxın vaxtlarda ölkəmizə gəlişiniz gözlənilir?
- Şəxsən mən heç vaxt Azərbaycanda olmamışam. Hazırda sıx iş qrafikimlə əlaqədar yaxın vaxtlarda ölkənizə səfərim gözlənilmir. 
 
- Bəs AMAF rəhbərliyi ilə münasibətləriniz hansı səviyyədədir?
- Federasiyanızın prezidenti Elçin Zeynalovu tanıyıram və xoş münasibətlərimiz var. İmkan düşdükcə, onunla müxtəlif tədbirlərdə bir araya gəlirik. Habelə, federasiyanızın rəsmisi Leyla Əliyeva ilə FİSA-nın konqresində görüşür və avarçəkmənin inkişafı və populyarlaşması istiqamətində müzakirələr aparırıq. Biz Azərbaycanda avarçəkmənin inkişafını izləyir və dəstəyimizi veririk. Ümid edirik ki, yaxşı avarçəkənlərə malik olmaqla yanaşı, gələcəkdə səviyyəli beynəlxalq reqatalara da ev sahibliyi edəcəksiniz.
   
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.