1 iyul 2013 12:55

Bakı Çempionlar Liqasının final mərhələsinə ev sahibliyi üçün ərizə təqdim edib

Azərbaycanın Su İdman Növləri Federasiyası 2015-ci ildə su polusu üzrə Çempionlar Liqasının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı sifariş ərizəsi ünvanlayıb. Azerisport.az xəbər verir ki, bu barədə federasiyanın rəhbəri Xanlar Fətiyev bildirib.
 
Onun sözlərinə görə, bu barədə qərar Bakıda səfərdə olan LEN-in (Avropa İdmanın Su Növləri Federasiyas) rəhbəri Paolo Barelli ilə keçirilən görüş zamanı verilib.
 
Fətiyev bildirib ki, LEN rəhbərli ilə Azərbaycan Gənclər və İdman Nazirliyində keçirilən görüşlər zamanı ölkədə su idman növləri üzrə yarışların keçirilməsi barədə razılıq əldə olunub.
 
Görüşdə, o cümlədən 2016-2018-ci illərdə su idman növləri üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi üçün sifariş ərizəsinin verilməsi məsələləri müzakirə olunub.
 
Səfər çərçivəsində federasiyalar arasında menecment üzrə təlimlərin keçirilməsi, məşqçilərin hazırlanması, o cümlədən böyük beynəlxalq tədbirlərin keçirilməsinə yardım etməklə bağlı razılıq əldə olunub. (Trend)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.