1 iyul 2013 18:57

Millimiz Avropa çempionatını 2 medalla başa vurdu

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatını Azərbaycan milli komandası 2 bürünc medalla başa vurub. Azerisport.az xəbər verir ki, hər iki medala yeniyetmə kanoeçimiz Aleksey Kupin sahib olub.
 
Kupin 1 nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə əsas finaladək irəliləyərək yekunda 3-cü olub. O, 1000 metr məsafəni 4 dəqiqə 1,778 saniyəyə, 500 metr məsafəni isə 1 dəqiqə 55,192 saniyəyə qət edib.
 
Digər təmsilçilərimizdən Mirnazim Cavadov da əsas finaladək irəliləyə bilib. O, 23 yaşadək kayakçıların yarışında 1 nəfərlik qayıqla həlledici yürüşdə 500 metr məsafəni 1 dəqiqə 49,826 saniyəyə qət edərək 7-ci olub. 1000 metr məsafəyə yürüşdə isə Cavadov B finalında çıxış edib və 38,792 saniyə nəticə ilə ümumi sıralamada 14-cü olub.
 
Kanoeçilərin mübarizəsində 200 metr məsafəyə yürüşdə B finalında Mikita Sablin 1 nəfərlik qayıqla yeniyetmələr arasında 45,724 saniyə göstərici ilə 11-ci, Anatoli Melnik isə 23 yaşlılar arasında 46,007 saniyə nəticə ilə 15-ci yeri tutub. Kayakçımız Amil Hüseynli B finalında 200 metr məsafəyə həm 1 nəfərlik qayıqla (40,362 saniyə), həm də Yasin Əhmədovla birgə 2 nəfərlik qayıqla (37,011 saniyə) yürüşlərdə 14-cü olub. Bu duet 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 38,844 saniyəyə çataraq 16-cı yerlə kifayətlənib. Nəhayət, kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 23 yaşlılar arasında 1000 metr məsafəyə yürüşdə B finalında 3 dəqiqə 44,120 saniyə nəticə ilə 18-ci olub.
 
Ümumi komanda hesabında Azərbaycan yığması yeniyetmələrin mübarizəsində medal sayında 9-11-ci yerləri bölüşdürüb, medal əyarında isə 16-cı olub. Bu yaş kateqoriyasında millimiz 116 xalla 32 ölkə arasında 17-ci yeri tutub. 23 yaşlılar arasında yığmamız medal qazana bilməsə də, 68 xal toplamağı bacarıb. Nəticədə ölkəmiz 25-ci yerlə kifayətlənib.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.