24 iyun 2013 01:57

İdmançılarımızı medaldan 0,22 saniyə ayırdı

Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Mərkəzində akademik avarçəkmə üzrə Dünya kubokunun III mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycanın 2 dueti əsas finalda çıxış edib.
 
2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti finişə 6 dəqiqə 16,63 saniyəyə çataraq 4-cü yeri tutub. Halbuki yürüşün 1500 metrlik bölümünü keçərkən onlar 3-cü olublar. Lakin yekunda təmsilçilərimiz bürünc medal qazanan böyük britaniyalı Bill Lukas - Mett Lanqridc cütlüyündən cəmi 0,22 saniyə geri qalıblar. Yeni zelandiyalı Maykl Arms - Robert Menson dueti 6 dəqiqə 13,78 saniyə nəticə ilə 1-ci, almaniyalı Erik Knittel - Ştefan Krüger dueti isə 6 dəqiqə 15,05 saniyə göstərici ilə 2-ci olub.
 
2 nəfərsiz sükansız qayıqda yer alan Luka Dordeviç - İqor Luçiç dueti isə həlledici yürüşdə 6 dəqiqə 42,11 saniyə nəticə ilə 6-cı olub. Bu yürüşdə də 1-ci yeri zelandiyalı duet tutub. 6 dəqiqə 16,01 saniyəyə finişə çatan Erik Mürrey - Hemiş Bond cütlüyü ən yaxın izləyicisi - polşalı Voytsex Qutorski - Yaroslav Qodek duetini 15,73 saniyə qabaqlayıb. 3-cü yeri 6 dəqiqə 32,81 saniyə nəticə ilə rumıniyalı İonel Strunqaru - Florin Kuruya dueti tutub.
 
2 nəfərlik qoşa avarlı qayıqda yer alan daha bir duetimiz - İvan Antov - Aleksandr Kornilov cütlüyü B finalında (7-12-ci yerlər) 7 dəqiqə 6,93 saniyə nəticə ilə ümumi sıralamada 10-cu olub. 1 nəfərlik yüngül çəkili qayıqla mübarizə aparan Fərid Saadov isə C finalında (13 - 18-ci yerlər) 7 dəqiqə 47,28 saniyə nəticə göstərərək yekunda 14-cü yeri tutub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.