22 iyun 2013 00:14

Azərbaycan idmançıları Dünya Kubokunun finalında!

İyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Mərkəzində akademik avarçəkmə üzrə Dünya Kuboku start götürüb. Azerisport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanı təmsil edən 2 duet finala yüksəlməyi bacarıb.
 
Əvvəlcə 2 nəfərlik sükansız qayıqla (M2-) yürüşdə Luka Dordeviç - İqor Luçiç cütlüyü seçmə yürüşdə 2000 metr məsafəni 7 dəqiqə 6,32 saniyəyə 5-ci yerdə başa vursa da, təsəlli yürüşündə bu məsafəni 6 dəqiqə 42,32 saniyəyə qət edərək 1-ci olub. Bu nəticə ilə Dordeviç - Luçiç dueti iyunun 23-də keçiriləcək həlledici mərhələyə vəsiqə qazanıb.
 
2 nəfərlik qoşa avarlı (M2X) qayıqla isə 2 cütlüyümüz - Aleksandr Aleksandrov - Boris Yotov və İvan Antov - Aleksandr Kornilov duetləri mübarizə aparıb. Seçmə yürüşdə Aleksandrov - Yotov dueti 6 dəqiqə 33,94 saniyə nəticə ilə 2-ci, Antov - Kornilov dueti 6 dəqiqə 54,69 saniyə nəticə ilə 5-ci olub. Hər iki cütlük mübarizəni təsəlli yürüşündə davam etdirib. Bu mərhələdə isə Aleksandrov - Yotov dueti finişə 6 dəqiqə 22,32 saniyəyə 1-ci, Antov - Kornilov dueti isə 6 dəqiqə 43,58 saniyəyə 4-cü çatıb. Əsasnaməyə görə, Aleksandrov - Yotov cütlüyü finala adlayıb. Antov - Kornilov cütlüyü isə ilk 2 yerdən birini tuta bilmədiyindən, 7-12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında yarışmalı olacaq.
 
Nəhayət, 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) çıxış edən Fərid Saadov seçmə yürüşdə finişə 7 dəqiqə 44,04 saniyəyə, təsəlli yürüşündə 7 dəqiqə 34,86 saniyəyə çatıb. Hər iki halda o, 5-ci yeri tutub və yekunda mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Saadov 13-18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edəcək.
 
Qeyd edək ki, iyunun 22-də Bakı vaxtı ilə 13:30-da Fərid Saadov C finalına, saat 14:19-da İvan Antov - Aleksandr Kornilov dueti B finalına çıxacaq. İyunun 23-də saat 14:48-də Luka Dordeviç - İqor Luçiç, saat 16:06-da isə Aleksandr Aleksandrov - Boris Yotov dueti A finalında mübarizə aparacaq.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.