8 may 2013 13:34

Azərbaycan yığması qələbə ilə başladı (FOTOLAR)

Mingəçevirdəki “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpolo üzrə beynəlxalq turnir start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunmuş yarışda Azərbaycan və Belarus milli yığma komandaları, həmçinin Gürcüstanın gənclərdən ibarət komandası və Moskva yığması iştirak edir.
 
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, turnirin açılış mərasimində Mingəçevir şəhər icra hakimiyyətinin başçısının müavini Ramiz Əliyev çıxış edərək, bütün iştirakçılara uğurlar arzulayıb, qələbəyə layiq olanların uğur qazanacağına ümid etdiyini bildirdi və Azərbaycanın artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd etdi.
 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov isə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin başlanması münasibətilə iştirakçıları təbrik etdi və ölkəmizin son vaxtlar bir çox beynəlxalq turnirlərə ev sahibliyi etdiyini qeyd etdi. Nazirlik nümayəndəsi eyni zamanda onu da bildirdi ki, Azərbaycan yaxın gələcəkdə Beynəlxalq Şahmat Olimpiadası və Avropa Oyunları kimi iri yarışları yüksək səviyyədə təşkil edəcək.
 
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bananyarlı açılış mərasimində çıxış edərək, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirin bütün qonaqlarını salamladı və bu yarışın ənənəvi xarakter daşıyacağını bildirdi. Nitqin sonunda Federasiya nümayəndəsi bütün iştirakçılara uğurlar arzuladı və qələbəyə layiq olanların uğur qazanacağına ümid etdiyini vurğuladı.
 
Turnirin ilk turuna gəldikdə, Azərbaycan millisi Belarus komandası ilə qarşılaşdı və gərgin mübarizə şəraitində keçən qarşılaşmada yığmamız 18:17 (2:4, 5:5, 4:3, 7:5) hesabılə qələbə qazandı. Turun ikinci oyununda Moskva yığması Gürcüstanın gənclərdən ibarət komandasını 17:5 hesabılə məğlub etdi. Sonda qeyd edək ki, yarışın ikinci günündə Azərbaycan millisi gürcülərlə, belaruslar isə moskvalılarla üz-üzə gələcəklər.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.