9 aprel 2013 12:46

Azərbaycan yığması Prezident Kubokunun qalibi oldu

Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Milli Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında VI Beynəlxalq “Prezident Kuboku” reqatası başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstanın 100-dən artıq idmançısı avarçəkmənin akademik, kayak və kanoe növləri üzrə mübarizə aparıb.
 
Akademik avarçəkmə üzrə 2000 metr məsafəni 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Aleksandr Aleksandrov (Azərbaycan), qadınlardan Yana Kurugina (Rusiya), 18 yaşlı kişilər arasında Arçil Bayaşvili (Gürcüstan), 2 nəfərlik qayıqlarla 23 yaşlı kişilər arasında Aleksandr Aleksandrov, Boris Yotov (Azərbaycan), 4 nəfərlik qayıqla 18 yaşlı kişilər arasında Röyal Məmmədov, Babək Abbasov, Mehman Abdullayev, Pənah Məmmədov birinci yeri tutublar.
 
Kayak və kanoeçilərin mübarizəsində kişilər 1 nəfərlik və 2 nəfərlik, qadınlar isə 1 nəfərlik qayıqlarla 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüş ediblər. Qadın kayakçıların mübarizəsində Türkiyə təmsilçisi Avçi Hilal 1 nəfərlik qayıqla 500 metr və 200 metrlik məsafələri hamıdan birinci dəf edib. Kişi kayakçıların yarışında Azərbaycan idmançısı Mirnazim Cavadov 1000 metr və 200 metr məsafəyə yürüş zamanı hamıdan birinci olub. İki nəfərlik qayıqla 1000 metr məsafədə Aleksandr Piçugin-Möhemmed Tahir Hövseni Avşar dueti, 200 metr məsafəyə yürüşlərdə isə Mirnazim Cavadov-Tamerlan Əhmədov dueti qızıl medal qazanıblar. 1000 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Mirnazim Cavadov (Azərbaycan), 2 nəfərlik qayıqla 18 yaşlı oğlanlar arasında Aydemir Gokhan (Türkiyə), 2 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Möhemmed Tahir Hövsini Avşar, Aleksandr Piçugin (Azərbaycan), 1 nəfərlik qayıq 18 yaşlı oğlanlar arasında Kose Safa (Türkiyə), 500 metr məsafəyə 2 nəfərlik qayıqla 18 yaşlı oğlanlar arasında Gokan Aydemir, Mert Yildırım (Türkiyə), 2 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Kuru Öztürk, Yıldırım Çağırbey (Türkiyə), 1 nəfərlik qayıqla 18 yaşlı qadınlar arasında Avçi Hilal (Türkiyə), 200 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Mirnazim Cavadov (Azərbaycan), 1 nəfərlik qayıqla 18 yaşlı kişilər arasında Kose Safa (Türkiyə), 2 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Mirnazim Cavadov, Tamerlan Əhmədov (Azərbaycan), 1 nəfərlik qayıqla 18 yaşlı qadınlar arasında Avçı Hilal (Türkiyə) birinci yeri tutublar.
 
Kanoeçilərin mübarizəsi isə daha gərgin şəraitdə keçib. 1000 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Azərbaycan yığmasının üzvü Taras Matveyçuk, 500 metr məsafəyə yürüşdə Anatoli Melnik, 18 yaşlı kişilər arasında isə Aleksey Kuprin 500 metr və 200 metr məsafəyə yürüşdə birinci olublar. 1000 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Taras Matveyçuk (Azərbaycan), 1 nəfərlik qayıqla 18 yaşlı kişilər arasında Aleksey Kuprin (Azərbaycan), 500 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Anatoli Melnik (Azərbaycan), 1 nəfərlik qayıqla 18 yaşlı kişilər arasında Aleksey Kuprin (Azərbaycan), 200 metr məsafəyə 1 nəfərlik qayıqla 23 yaşlı kişilər arasında Zaza Naderadze (Gürcüstan) birinci yeri tutublar.
 
Ümumi komanda hesabında isə Azərbaycan idmançıları birinci, Türkiyə komandası ikinci, Gürcüstan və Rusiya avarçəkənləri isə müvafiq olaraq üçüncü-dördüncü yerləri tutublar.
 
Yarışda fərqlənən idmançılar diplom və medallarla təltif ediliblər. Sonda Azərbaycan komandasına “Prezident Kuboku” təqdim olunub.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.