17 avqust 2012 18:23

Azərbaycan təmsilçisi dünya çempionatının yarımfinalında

Bolqarıstanın Plovdiv şəhərində yeniyetmələr və böyüklər arasında davam edən akademik avarçəkmə üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Boris Yotov yarımfinala yüksəlib. Azerisport.az xəbər verir ki, 16 yaşlı avarçəkənimiz yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə seçmə və ¼ final yürüşlərini uğurla keçib.
 
Seçmə yürüşdə finişə 7 dəqiqə 5,56 saniyəyə çatan Yotov yalnız sloveniyalı Yerney Markoviçdən (7:05.56) geri qalıb. Əvəzində idmançımız CAR təmsilçisi Ceyms Conston (7:09.29), moldovalı Vladimir Malov (7:23.49) və paraqvaylı Xose Servin Diarteni (7:35.49) geridə qoyub.
 
¼ finalda isə Yotov finişə hamıdan tez – 7 dəqiqə 8,77 saniyəyə çatıb. O, almaniyalı Morits Moos (7:11.13), belaruslu Pilip Pavukov (7:12.37), irlandiyalı Pol O Donovan (7:12.46), avstriyalı Mario Santer (7:27.00) və danimarkalı Nik Larseni (7:34.99) üstələyib.
 
Avqustun 18-də keçiriləcək yarımfinal yürüşündə avarçəkənimizin rəqibləri Martin Helset (Norveç), Qanqqanq Li (Çin), Mixal Ploçek (Çexiya), Ceyms Conston (CAR) və Pilip Pavukov (Belarus) olacaq. Yürüşə Bakı vaxtı ilə saat 12:59-da start veriləcək. İlk 3 yeri tutanlar əsas finala yüksələcəklər.
 
Qeyd edək ki, yeniyetmələr arasında 1 nəfərlik qayıqla (JM1X) mübarizəyə 30 avarçəkən qatılıb.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.