23 iyul 2012 19:35

“Əlimdən gələni edəcəyimə söz verirəm”

2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizi kişi akademik avarçəkənlərin mübarizəsində təmsil edəcək Aleksandr Aleksandrov Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Aleksandrov 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında qazandığı qızıl medaldan və olimpiadaya hazırlıq prosesinin gedişindən danışıb:
 
- 12-15 iyulda Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında qızıl medal qazandınız. Hansı hissləri keçirirdiniz?
- Əvvəllər 2 dəfə yeniyetmələr arasında dünya çempionu olmuşdum. Bu dəfə 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında qızıl medal qazandım. Çox sevinirəm ki, bu qızıl medal Azərbaycan üçün tarixi əhəmiyyətlidir. Çünki akademik avarçəkmə növündə ilk dünya çempionu mən oldum. Çox şadam ki, Azərbaycan bayrağını ucaldıb himnini səsləndirdim.
 
- Dünya çempionatından cəmi bir həftə sonra XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Böyük Britaniyanın paytaxtı Londona yollanmısınız. Olimpiadanın startına cəmi 4 gün qalmış özünüzü necə hiss edirsiniz?
- Belə nüfuzlu yarışda ilk dəfə iştirak edəcəyəm. Bu, mənə cəmi 22 yaşımda qismət olub. Hələ də inana bilmirəm ki, olimpiadada mübarizə aparacağam. İyulun 22-dən Londonda yarışların keçiriləcəyi “Eton Dorney” Avarçəkmə Mərkəzi yaxınlığındakı mehmanxanalardan birində məskunlaşmışıq. Burada bütün dünyadan gəlmiş akademik avarçəkənlər də qalırlar. Onların əksəriyyəti əvvəlki olimpiadaların iştirakçıları olublar.
 
- Avarçəkmə Mərkəzindəki məşq şəraiti necədir?
- Dünən “Eton Dorney”də olsam da, məşq edə bilmədim. Qayıqlarımızın hazırlığı üzərində işlədik. Suda ilk məşqə bu gün çıxacağıq.
 
- Olimpiadada qarşınıza hansı məqsəd qoyulub?
- Təbii ki, hamı medal qazanmaq arzusundadır. Məqsədimin medal qazanmaqdan ibarət olduğunu desəm, amma bu, mənə qismət olmasa, yalan danışmış sayılaram. Ona görə də mümkün qədər yaxşı çıxış etməyi hədəfləmişəm. Bayaq qeyd etdiyim kimi, rəqiblərimin əksəriyyətinin olimpiada təcrübəsi var. Titullu avarçəkənlərə - olimpiya, dünya və Avropa çempionlarına qarşı mübarizə aparacağam. Bu mübarizədə nəyə qadir olduğumu zaman göstərəcək.
 
- İyulun 26-da rəqibləriniz müəyyənləşəcək. Püşkün nəticəsi çıxışlarınıza necə təsir edə bilər?
- Əlbəttə, püşkdən də çox şey asılıdır. Püşkatma nəticəsində yürüş vaxtı elə cığıra düşə bilərəm ki, hərəkətimə külək mane ola bilər. Çünki yarış məkanı küləklidir, yürüşlər zamanı ehtiyatlı olmaq lazımdır.
 
- Mayın əvvəllərindən Polşanın Ostroda şəhərində təlim-məşq toplantısında idiniz. Hazırlıq prosesindən nə dərəcədə razı qaldınız?
- Əlbəttə, hazırlıq prosesimiz yüksək səviyyədə oldu. Fürsətdən istifadə edərək, Azərbaycan Milli Avarçəkmə Federasiyasına təşəkkür edirəm. Eyni zamanda, “Kür” Olimpiya Mərkəzinin rəhbərliyinə minnətdaram. Mingəçevir şəhərində hazırlıq keçdiyimiz müddətdə bu idman qurğusunun rəhbərliyi mənə böyük dəstək olub. Mən də olimpiadada ümidləri doğrultmaq üçün əlimdən gələni edəcəyimə söz verirəm.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.