16 iyul 2012 11:38

Azərbaycan təmsilçisi Avropa çempionu oldu

Portuqaliyanın Montemor-o-Velyo şəhərindəki yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 qızıl medalla başa vurub. 23 yaşadək kanoeçilər arasında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə Andrey Kraytor ardıcıl ikinci il qitənin ən güclüsü adına layiq görülüb.
 
22 yaşlı kanoeçimiz final yürüşündə finişə 41,956 saniyəyə çataraq, ən yaxın izləyicilərindən almaniyalı Kiray Stefanı 0,782 saniyə, macarıstanlı Adam Lantoşu 0,908 saniyə geridə qoyub. Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə də final həyəcanı yaşayıb. Lakin o, həlledici yürüşdə finişə 1 dəqiqə 55,549 saniyəyə çataraq, 5-ci yerlə kifayətlənib.
 
Digər təmsilçilərimizdən yeniyetmə kanoeçilər arasında 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə Aleksey Kupin də finaladək irəliləməyi bacarıb. Lakin o, həlledici yürüşdə 2 dəqiqə 23,919 saniyə nəticə ilə 9-cu yeri tutub. Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə isə yarımfinalda 4 dəqiqə 38,408 saniyə nəticə ilə 5-ci yeri tutaraq, finala yüksələ bilməyib. Daha bir kanoeçimiz Mikita Sablin yeniyetmələr arasında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə 13-cü yeri tutub.
 
Kayakçılarımıza gəldikdə, yeniyetmələrin mübarizəsində Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə 14-cü yeri tutsa da, 200 metr məsafəyə yürüşdə ilk “18-lik”dən kənarda qalıb.
 
Amil Hüseynli – Aleksandr Piçugin dueti 2 nəfərlik qayıqla (K-2) 200 metr məsafəyə yürüşdə 17-ci olub.
 
Tamerlan Mustafayev – Aleksandr Piçugin – Amil Hüseynli – Yasin Əhmədov kvarteti 4 nəfərlik qayıqla (K-4) 1000 metr məsafəyə yürüşdə ilk 18-liy”ə düşə bilməyib.
 
23 yaşadək kayakçıların mübarizəsində isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə 17-ci, 500 metr məsafəyə yürüşdə 18-ci yeri tutub.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.