15 iyul 2012 18:51

Azərbaycan üçün dünya çempionatında tarixi uğur

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov tarixi uğura imza atıb. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (BM1X) çıxış edən 22 yaşlı idmançımız qızıl medal qazanıb.
 
Avarçəkənimiz mübarizəyə seçmə yürüşdən başlayıb. Onun çıxış etdiyi qayıq tipində 27 idmançı olub. Bununla belə, Aleksandrov seçmə, ¼ final və yarımfinal yürüşlərini də hamıdan öndə başa vurub. Finalda da o, nəinki sonadək liderliyini əldən verməyib, hətta ən yaxın izləyicisi Hubert Trjibinskini (Almaniya) 8,53 saniyə (!) geridə qoyub. Bürünc medalı isə yunanıstanlı Dionios Angelopulos (7:24.30) tutub.
 
Bu, ölkəmizin idman tarixində akademik avarçəkmə növündə ilk dünya çempionluğu olub. İki il öncə məhz Aleksandrov Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanmışdı. Həmin vaxt o, yalnız Almaniya təmsilçisi Karl Şultsedən geri qalmış, bürünc medalı isə yunanıstanlı Stergios Papaxristos (Yunanıstan) tutmuşdu. Bu nailiyyətindən sonra avarçəkənimiz növbəti dünya çempionatında qızıl medal qazanacağına söz vermişdi. Aleksandrov istəyinə növbəti il olmasa da, iki il sonra nail olub. Həm də o, elə Almaniyanın digər təmsilçisini üstələməyi bacarıb. Üçüncü yer isə yenə Yunanıstan idmançısına nəsib olub.
 
Beləliklə, Aleksandr Aleksandrov iyulun 27-də start götürəcək 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi yüksək hazırlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirib.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.