14 iyul 2012 12:02

Avropa çempionatında daha bir final

Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında keçirilən Avropa çempionatında 200 metr məsafəyə seçmə yürüşlərə start verilib. Azerisport.az xəbər verir ki, 23 yaşadək kanoeçilərin mübarizəsinə qatılan Azərbaycan təmsilçisi Andrey Kraytor ən qısa məsafədə də çıxışlarına uğurla başlayıb.
 
Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə hamını qabaqlayaraq, 41,722 saniyə nəticə ilə finişə birinci çatıb. Ən yaxın izləyicisi Kirill Şamşurin ondan 0,870 saniyə geri qalıb. Daha öncə 500 metr məsafəyə yürüşdə əsas finala yüksəlmiş 20 yaşlı kanoeçimiz 200 metr məsafədə də həlledici mərhələdə iştirak hüququ qazanıb. Ən qısa məsafəyə final yürüşü iyulun 15-də Bakı vaxtı ilə saat 21:22-də baş tutacaq.
 
Digər təmsilçilərimizə gəldikdə, 23 yaşadək kanoeçilərin mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə 38,948 saniyə nəticə ilə 5-ci yeri tutub. O, iyulun 14-də saat 21:00-da yarımfinal yürüşünə qatılacaq.
 
Yeniyetmələrin yarışında kanoeçimiz Mikita Sablin 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 47,140 saniyə nəticə ilə 6-cı yeri tutub. Sablin iyulun 14-də saat 20:45-də yarımfinal yürüşündə çıxış edəcək.
 
Kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə finişə 40,958 saniyəyə 4-cü çatıb. O, iyulun 14-də saat 20:30-da yarımfinal yürüşündə iştirak edəcək.
 
2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Amil Hüseynli – Aleksandr Piçugin dueti seçmə yürüşdə 38,084 saniyə nəticə ilə 7-ci olub. Onlar iyulun 14-də saat 21:45-də yarımfinal yürüşündə qüvvələrini sınayacaqlar.
 
Qeyd edək ki, 23 yaşadək kanoeçilərin mübarizəsində 200 metr və 500 metr məsafələrə yürüşlərdə əsas finala yüksələn Andrey Kraytordan əlavə, yeniyetmə kanoeçimiz Aleksey Kupin də 500 metr məsafəyə final yürüşündə iştirak hüququna yiyələnib. Kupin iyulun 15-də saat 13:39-da, Kraytor isə saat 17:09-da 500 metr məsafəyə həlledici yürüşdə çıxış edəcək. Beləliklə, Avropa çempionatında Azərbaycan milli komandasının ən azı 3 medal qazanma şansı yaranıb.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.