14 iyul 2012 01:23

Azərbaycan təmsilçiləri Avropa çempionatının finalında!

İyulun 12-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, çempionatın ilk iki günündə 1000 metr və 500 metr məsafələrə seçmə və yarımfinal yürüşləri keçirilib.
 
Azərbaycan təmsilçilərindən 2-si finala vəsiqə qazanıb. Bunlar 1 nəfərlik qayıqla müvafiq olaraq, yeniyetmələr və 23 yaşadək kanoeçilər arasında 500 metr məsafəyə yürüşlərə qatılan Alesey Kupinlə Andrey Kraytordur. Kupin seçmə yürüşdə finişə 2 dəqiqə 1,934 saniyəyə 1-ci, Kraytor isə 2 dəqiqə 0,707 saniyəyə 3-cü çatıb. Bu nəticələrlə hər iki kanoeçimiz birbaşa əsas finala vəsiqəni təmin edib. Kupin həlledici mərhələdə iyulun 15-də Bakı vaxtı ilə saat 13:39-da, Kraytor isə həmin gün saat 17:09-da iştirak edəcək.
 
Digər yürüşlərə gəldikdə, yeniyetmə kanoeçimiz Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşdə finişə 4 dəqiqə 15,893 saniyəyə çataraq, öz yarımqrupunda 6-cı yeri tutub. Bu nəticə ilə kanoeçimiz yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, finişə 4 dəqiqə 38,408 saniyəyə çataraq, 5-ci olub. Kanoeçimiz ilk “3-lüy”ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb.
 
Yeniyetmə kayakçımız Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 55,406 saniyə nəticə ilə 5-ci olub. O, yarımfinalda 1 dəqiqə 45,643 saniyə nəticə ilə 4-cü yeri tutub. Mustafayevin finala vəsiqə verən ilk “3-lüy”ə düşməsinə 0,218 saniyə çatmayıb. Kayakçımız iyulun 15-də saat 12:55-də B finalında (10 – 18-ci yerlər uğrunda) çıxış edəcək.
 
Yeniyetmə kayakçılarımızdan ibarət Tamerlan Mustafayev – Aleksandr Piçugin – Amil Hüseynli – Yasin Əhmədov kvarteti 4 nəfərlik qayıqla (K-4) 1000 metr məsafəyə seçmə yürüşdə 3 dəqiqə 29,952 saniyə nəticə ilə 6-cı yeri tutub. Yarımfinal yürüşündə isə onlar 3 dəqiqə 34,250 saniyə nəticə göstərərək, 8-ci yeri tutublar və əsas finala vəsiqə qazana bilməyiblər. Kvartetimiz iyulun 14-də saat 18:04-də B finalında mübarizə aparacaq. 
 
23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşdə 2 dəqiqə 1,618 saniyə nəticə ilə 7-ci olub. O, yarımfinalda finişə 1 dəqiqə 43,690 saniyəyə çataraq, 6-cı yeri tutub və əsas finaldan kənarda qalıb. Cavadov iyulun 15-də saat 16:30-da B finalında çıxış edəcək.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.