5 iyul 2012 00:08

Azərbaycan təmsilçisi üçün olimpiada öncəsi DÇ sınağı

İyulun 11-də Litvanın Trakay şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, 5 gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı Aleksandr Aleksandrov təmsil edəcək.
 
22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Belə qayıq tipində onun 27 rəqibi olacaq. Təmsilçimiz çempionata milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanacaq. Bu, Aleksandrovun 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınağı olacaq.
 
Proqrama əsasən, avarçəkənimiz mübarizəyə iyulun 12-də başlayacaq. Ertəsi gün ¼ final və təsəlli yürüşləri olacaq. Yarımfinallar iyulun 14-də, final yürüşü isə iyulun 15-də keçiriləcək.
 
Qeyd edək ki, Aleksandr Aleksandrov 2010-cu ildə Belarusun Brest şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.