25 iyun 2012 15:49

Azərbaycan idmançısı özünə məxsus rekordu yenilədi

Azərbaycan kanoeçisi Valentin Demyanenko yeni rekorda imza atıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı idmançımız Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan kayak və kanoe üzrə Avropa çempionatında 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəni 38,752 saniyəyə qət edib. İndiyədək heç bir kanoeçi bu məsafədə finişə belə qısa müddət ərzində çata bilməyib. Həm də Demyanenko elə özünə məxsus – 2009-cu il dünya çempionatında göstərdiyi 39,048 saniyəlik rekordunu yeniləyib.
 
Ümumiyyətlə, kanoe növündə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş Yay Olimpiya Oyunlarının proqramına 2009-cu ildə salınıb. Elə həmin ildən Demyanenko Avropa və dünya çempionatlarında bu məsafədə iştirak etdiyi bütün yürüşlərdə qızıl medal qazanıb. O, yalnız 2010-cu ildə zədə səbəbindən nüfuzlu yarışlara qatılmayıb:
 
2009. Avropa çempionatı. Brandenburq (Almaniya). Valentin Demyanenko (Azərbaycan) - 39,308 saniyə
2009. Dünya çempionatı. Dartmut (Kanada). Valentin Demyanenko - 39,048
2010. Avropa çempionatı. Trasona (İspaniya). Yevgeni Şuklin (Litva) - 40,031
2010. Dünya çempionatı. Poznan (Polşa). İvan Ştıl (Rusiya) – 39,161
2011. Avropa çempionatı. Belqrad (Serbiya). Valentin Demyanenko – 39,855
2011. Dünya çempionatı. Seqed (Macarıstan). Valentin Demyanenko – 39,339
2012. Avropa çempionatı. Zaqreb (Xorvatiya). Valentin Demyanenko – 38,752
 
Göründüyü kimi, olimpiya məsafəsi sayıldığı vaxtdan 200 metrlik yürüşdə Demyanenko 3 dəfə Avropa çempionu, 2 dəfə dünya çempionu olub. O, daha bir Avropa çempionluğuna 2011-ci ildə 500 metrlik yürüşdə, daha bir dünya çempionluğuna isə 2005-ci ildə məhz Zaqrebdə imza atıb.
 
3 qat dünya çempionu və 4 qat Avropa çempionunu Azərbaycanın olimpiya növləri arasında ən titullu idmançılarından biri, hətta birincisi də saymaq olar. Demyanenkonun qızıl medal kolleksiyasında çatışmayan yalnız olimpiya çempionluğudur. Buna da kanoeçimiz 2012-ci il London Yay Olimpiya Oyunlarında nail olmağı hədəfləyib.
 
Qeyd edək ki, Valentin Demyanenko Zaqrebdəki Avropa çempionatında həm də Azərbaycanın aktivinə 21 xal yazdırıb. O, xallardan 20-ə 200 metr, 1-ə isə 500 metr məsafəyə yürüşdə imza atıb. Ölkəmizə daha 2 xalı 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə çıxış etmiş kayakçımız Mirnazim Cavadov qazandırıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 25-ci yeri tutub. Kanoe yarışlarında ümumi sıralamada isə ölkəmiz 1 qızıl medalla 12-ci olub.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.