24 iyun 2012 14:53

Azərbaycan təmsilçisi Avropa çempionatının finalında!

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Valentin Demyanenko finala yüksəlib. Azerisport.az xəbər verir ki, kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu buna 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə nail olub.
 
Demyanenko seçmə yürüşdə finişə 38,591 saniyə nəticə ilə birinci çatıb. O, ən yaxın izləyicisi Yevgeni Şuklini (Litva) 0,332 saniyə geridə qoyub. Bununla da kanoeçimiz birbaşa əsas finala yüksəlib. Həlledici yürüş iyunun 24-də Bakı vaxtı ilə saat 15:41-də baş tutacaq. Demyanenkonun rəqibləri Şuklindən əlavə, Adam Ginter (Polşa), Andrey Yezerski (İrlandiya), Alfonso Benavides (İspaniya), Vyaçeslav Tsexoş (Ukrayna), Denis Xaraja (Belarus), Tomas Simar (Fransa) və Lyubomir Haqara (Slovakiya) olacaq.
 
500 metr məsafəyə yürüşdə isə Demyanenko uğurlu nəticə göstərə bilməyib. Kanoeçimiz seçmə yürüşdə bu məsafəni 2 dəqiqə 17,468 saniyəyə qət edərək, 8-ci olub. Nəticədə o, mübarizəni dayandırıb.
 
Kayakçımız Mirnazim Cavadov isə qitə çempionatında həm 200 metr, həm də 500 metr məsafələrə yürüşlərdə yarımfinaladək irəliləyə bilib. O, 200 metr məsafəyə seçmə yürüşdə 36,259 saniyə nəticə ilə 6-cı olub. Bununla da Cavadov növbəti mərhələyə yüksəlib. Yarımfinalda isə təmsilçimiz finişə 36,651 saniyəyə 8-ci çatıb və finala çıxa bilməyib. 500 metr məsafəyə yürüşdə də Cavadov seçmə mərhələdə 1 dəqiqə 52,937 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda isə kayakçımız 2 dəqiqə 1,027 saniyə göstərici ilə 8-ci olub. Hər iki məsafədə Cavadov yekun nəticədə 18 ən güclü kayakçı sırasına düşə bilməyib.
 
Qeyd edək ki, Valentin Demyanenko 2005-ci ildə elə Zaqrebdə keçirilmiş dünya çempionatında qızıl medala sahib olub.
 
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.