21 iyun 2012 17:04

Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır

İyunun 22-də Xorvatiyanın paytaxtı Zaqrebdə kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan 2 idmançı ilə təmsil olunacaq.
 
Kanoe üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr və 500 metr məsafələrə yürüşlərdə iştirak edəcək. Demyanenko daha öncə 1 – 3 iyunda Rusiyanın paytaxtı Moskvada keçirilmiş Dünya Kubokunun III mərhələsində eyni məsafələrə yürüşlərə qatılıb. Hər iki yürüşdə o, finaladək irəliləməyi bacarıb. Avropa çempionatı 29 yaşlı kanoeçimiz üçün 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi son sınaq olacaq.
 
Kayakçımız Mirnazim Cavadov da Avropa çempionatında qüvvəsini sınayacaq. Cəmi 20 yaşında olmasına baxmayaraq, Cavadov Dünya Kubokunun III mərhələsində həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə 9-cu yeri tutub. O, qitəmiqyaslı yarışda da eyni məsafələrə yürüş edəcək.
 
Valentin Demyanenko və Mirnazim Cavadov Zaqrebə milli komandamızın məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında yollanıb. Nümayəndə heyətinə isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru Leyla Əliyeva başçılıq edir.
 
Qeyd edək ki, Avropa çempionatı iyunun 24-də yekunlaşacaq.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.