15 iyun 2012 15:44

Valentin Demyanenko London olimpiadasındakı əsas rəqiblərini açıqladı

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək kanoe üzrə 3 qat dünya və Avropa çempionu Valentin Demyanenko qızıl medal uğrunda mübarizədə əsas rəqiblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı idmançımız Beynəlxalq Kanoe Federasiyasının rəsmi saytına müsahibəsində olimpiya çempionluğuna Rusiya və Litva təmsilçilərinin də şanslı olduqlarını bildirib. O, Ukrayna və İspaniya təmsilçilərini də olimpiya çempionluğuna namizəd sayıb.
 
Demyanenko karyerasında ilk dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Elə onun mübarizə aparacağı 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüş də ilk dəfə London olimpiadasının proqramına salınıb. 2008-ci il Pekin olimpiadasında ən qısa məsafəyə - 500 metrlik yürüşdə rusiyalı Maksim Opalev qızıl, ispaniyalı David Kal gümüş, ukraynalı Yuri Çeban bürünc medal qazanıb. Demyanenko ötən il Macarıstanın Seqed şəhərində 200 metr məsafəyə yürüşdə dünya çempionu olarkən, Rusiya təmsilçisi İvan Ştıl gümüş medala yiyələnib, Litva təmsilçisi Yevgeni Şuklin 5-ci olub. Bürünc medalı məhz ispaniyalı Alfonso Benavides qazandığı halda, ukraynalı Yuri Çeban 4-cü yerlə kifayətlənib.
 
Demyanenkonun bu il çıxış etdiyi ən nüfuzlu yarış Dünya Kubokunun III mərhələsi olub. Rusiyanın paytaxtı Moskvada 1 – 3 iyunda təşkil olunmuş yarışda kanoeçimiz 200 metr məsafəyə yürüşü 4-cü pillədə başa vurub. Qızıl medalı digər kanoeçimiz Andrey Kraytor qazanıb, litvalı Yevgeni Şuklin gümüş, rusiyalı Aleksandr Kostoqlod bürünc medala sahib olub. Ən titullu kanoeçimiz mükafatçılar sırasına düşə bilməməsini məyusluqla qarşılamayıb. Əksinə, o, mövsümə gözəl başladığını bildirib: “Mən London olimpiadası öncəsi özümə əminəm”.
 
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.