4 iyun 2012 12:09

Azərbaycan üçün dünya kubokunda 1 qızıl, 1 gümüş, 1 bürünc

Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun III təsnifat mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb.
 
Qızıl və gümüş medallara kanoeçimiz Andrey Kraytor sahib olub. 1 nəfərlik qayıqla (C-1) mübarizə aparan Kraytor 200 metr məsafəyə final yürüşündə finişə hamıdan tez – 39,827 saniyəyə çatıb. Gümüş medala litvalı Yevgeni Şuklin (40,207), bürünc medala rusiyalı Aleksandr Kostoqlod (40,951) layiq görülüb. Azərbaycanlı 3 qat dünya, 3 qat Avropa çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya sahibi Valentin Demyanenko 41,251 saniyə nəticə ilə 4-cü yerlə kifayətlənib. Rusiyalı Andrey Qanin (41,269) 5-ci, litvalı Yevgeni Myasnyankin (42,073) 6-cı, kanadalı Mark Olderşou (42,553), iranlı Adil Mojallalimoğaddam Fumani (42,643) 8-ci, venesuelalı Ronni Ratia (42,890) 9-cu olub.
 
Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə də Demyanenkodan üstün olub. Lakin bu dəfə 20 yaşlı idmançımız finişə 1 dəqiqə 58,143 saniyəyə 2-ci çatdığı halda, ən titullu kanoeçimiz 2 dəqiqə 2,572 saniyə göstərici ilə 8-ci olub. Qızıl medala rusiyalı İlya Ştokalov (1:57.887) layiq görüldüyü halda, bürünc medalı almaniyalı Sebastian Henniq (1:58.228) əldə edib. Moldovalı Pavel Rusu (1:58.947) 4-cü, almaniyalı Yan Vandrey (1:59.079) 5-ci, rusiyalı Leonid Tılş (2:00.359) 6-cı, qazaxıstanlı Ruslan Muratov (2:01.027) 7-ci, cənubi koreyalı Donqjin Şin (2:11.608) isə 9-cu olub.
 
2 nəfərlik kanoe qayığı (C-2) ilə mübarizə aparan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti yalnız 500 metr məsafəyə yürüşdə bürünc medal qazana bilib. Onlar finişə 1 dəqiqə 52,377 saniyə nəticə ilə üçüncü çatıblar. Qızıl medala qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov (1:50.531), gümüş medala rusiyalı Vladimir Çernışov – İvan Kuznetsov (1:51.820) dueti layiq görülüb. Çexiyalı Yaroslav Radon – Filip Dvorak (1:53.729) 4-cü, rusiyalı Pavel Petrov – Aleksey Bovdurets (1:55.131) 5-ci, moldovalı Vasili Kirila – Andrey Turtsan (1:58.184) 6-cı, özbəkistanlı İqor Karqapolov – İldor Kayumov (2:02.928) 7-ci, qazaxıstanlı Vladimir Petrov – Yevgeni Kovalenko (2:06.864) 8-ci, anqolalı Nelson Enrikes – Fortunato Pakavira (2:22.376) 9-cu olub.
 
Azərbaycanlı duet 1000 metr məsafəyə yürüşdə olduğu kimi, 200 metr məsafədə də 4-cü yeri tutub. Finişə 38,165 saniyəyə çatan Bezuqlıy – Prokopenko cütlüyünü mükafatdan 0,110 saniyə ayırıb. Litvalı Raymundas Labukas – Tomas Qadeykis (37.497) qızıl, braziliyalı Erlon de Souza Silva – Ronilson Matias de Oliveyra (37.906) gümüş, rusiyalı Viktor Melantyev – Nikolay Lıpkin (38.055) bürünc medal qazanıb. Rusiyalı Yevgeni İqnatov – Aleksandr Kostoqlod (39.127) 5-ci, çexiyalı Yaroslav Radon – Filip Dvorak (39.778) 6-cı, çilili Conatan Tafra – Alvaro Torres (40.049) 7-ci, qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov (40.059) 8-ci, moldovalı Vasili Kirila – Andrey Turtsan (40.680) dueti 9-cu olub.
 
Kayakçımız Mirnazim Cavadov həm 200 metr, həm də 500 metr məsafəyə final yürüşündə iştirak edib. Lakin o, hər iki halda 9-cu olub. 200 metrlik yürüşdə 20 yaşlı təmsilçimiz finişə 37,335 saniyəyə, 500 metrlik yürüşdə isə 1 dəqiqə 53,403 saniyəyə çatıb. İlk halda Cavadov ekvadorlu Sezar de Sezare (35.555), rusiyalı Maksim Moloçkov (35.574), polşalı Pyotr Simyonovski (35.889), litvalı İqnas Navakauskas (36.025), latviyalı Aleksey Rumyantsev (36:071), litvalı Egidiyus Balçyunas (36.314), avstraliyalı
Mürrey Stüart (36.914) və kanadalı Adam van Kuverdendən (36.979) geri qalıb. Bu yürüşdə B finalında iştirak etmiş digər kayakçımız Tamerlan Mustafayev finişə 40,538 saniyəyə çatıb və yekunda 16-cı olub.
 
İkinci halda isə Cavadov avstraliyalı Mürrey Stüart (1:45.825), rusiyalı Yuri Postriqay (1:47.830), sloveniyalı Yost Zakraysek (1:48.497), rusiyalı Dmitri Yekimov (1:50.019), almaniyalı Sören Şüst (1:50.301), özbəkistanlı Viliyam İbrahimov (1:50.918) və Aleksey Moçalov (1:51.677) və Aleksandr Yemelyanovdan (1:52.972) geri qalıb.
 
Qeyd edək ki, kanoeçilərimiz daha öncə Dünya Kubokunun I mərhələsində mübarizə aparıblar. Onlardan Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 500 metrlik yürüşdə gümüş, 200 metrlik və olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə bürünc medal qazanıb.
 
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.