23 may 2012 17:25

Azərbaycanlı duet növbəti olimpiya lisenziyasının bir addımlığında!

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet finala yüksəlib. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşün yarımfinalında cütlüyümüz finişə 6 dəqiqə 21,03 saniyəyə çatıb.
 
ABŞ təmsilçisi Samuel Stitt – Uorren Anderson dueti də bu məsafəni eyni müddətə qət edib. Lakin fotofinişin görüntülərinə əsasən, Aleksandrov – Yotov cütlüyünün finiş xəttini birinci keçdiyi müəyyənləşib. Bu iki duetlə yanaşı, 6 dəqiqə 22,26 saniyə nəticə ilə 3-cü yeri tutan çinli Riokian Yin – Vey Kanq, həmçinin digər yarımfinalda ilk “3-lüy”ə düşən italiyalı Alessio Sartori – Romano Battisti (6:20.12), latviyalı Lauris Sire – Dairis Adamatis (6:21.63) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:24.38) cütlükləri də həlledici yürüşdə iştirak hüququna yiyələnib. Final yürüşü mayın 23-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
 
Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycanın qadınlardan ibarət İskra Angelova – Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib. 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan cütlüyümüz təsəlli yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 16,50 saniyəyə qət edib. Bu nəticə ilə onlar finişə 4-cü çatıblar. Finala isə ilk 2 yeri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdins (7:08.74)  və belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:10.85) duetləri yüksəliblər.
 
Qeyd edək ki, Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda ilk 2 yerdən birini tutarsa, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Aleksandrov hələ ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya vəsiqəsini əldə edib. İndi isə o, 16 yaşlı Boris Yotovla birgə bu hüquqa yiyələnməyə çox yaxındır.  
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.