21 may 2012 11:55

Azərbaycanlı duetdən Yekun Olimpiya Təsnifat Reqatasına uğurlu start

Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürüb. Dörd gün davam edəcək yarışda Azərbaycanı 2 kişi, 2 qadın avarçəkən təmsil edir.
 
Kişilərin mübarizəsində 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizəyə başlayan Aleksandr Aleksandrov – Boris Yotov dueti seçmə yürüşdə finişə birinci çatıb. Onlar 2000 metr məsafəni 6 dəqiqə 23,16 saniyəyə qət ediblər. Duetimiz sonrakı 2 pilləni tutan ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:23.21) və polşalı Viktor Çabel – Pyotr Liçnerski (6:24.83) cütlükləri ilə birbaşa yarımfinala adlayıb. Seçmə yürüşdə 4-cü olan israilli Oleq Qonorovski – Dani Fridman (6:40.72) dueti isə mayın 21-də Bakı vaxtı ilə saat 20:28-də təsəlli yürüşündə çıxış edəcək. Yarımfinal yürüşləri isə mayın 22-də olacaq.
 
Qadınlara gəldikdə, 2 nəfərlik təkavarlı qayıqda (W2-) yer alan Viktoriya Nençeva – İskra Angelova dueti seçmə yürüşü 4-cü yerdə başa vurub. Onlar 2000 metr məsafəni 7 dəqiqə 31,20 saniyəyə qət ediblər. İlk 2 pilləni tutan almaniyalı Kerstin Hartmann – Marlen Sinniq (7:17.96) və argentinalı Maria Laura Abalo – Qabriela Best (7:21.48) duetləri birbaşa mayın 22-də saat 21:00-da başlayanacaq əsas finala yüksəliblər. Təmsilçilərimiz 3-cü yeri tutan belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:27.57) və üstələdikləri hollandiyalı Vianka van Dorp – Olivia van Royyen (7:34.03), eləcə də digər yarımqrupda müvafiq olaraq, 3-4-cü yerləri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdinqs (7:14.24) və ukraynalı Anastasiya Prodan – Alyona Yaşina (7:28.64) duetləri ilə birgə təsəlli yürüşündə çıxış edəcəklər. Mayın 21-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq yürüşdə ilk 2 pilləni tutanlar da finala adlayacaqlar.
 
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hər iki duetimiz finalda ilk 2 pillədən birini tutmalıdır. Ötənilki dünya çempionatında Aleksandr Aleksandrov kişilər, Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə olimpiya lisenziyasını təmin ediblər. İndi Aleksandrov 16 yaşlı Yotovla birlikdə də Londona vəsiqə əldə etməyə yaxındır.

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.