20 may 2012 02:32

Dünya Kubokunda ilk medal

Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası ilk medalını qazanıb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik kanoe qayığı (C-2) ilə çıxış edən Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metr məsafəyə əsas final (Final A) yürüşündə bürünc medala sahib olub. Onlar finişə 3 dəqiqə 50,798 saniyəyə çataraq yalnız almaniyalı Peter Kretşmer – Kurt Kuşela (3:47.706) və Tomaş Vılençek – Ştefan Holts (3:47.750) duetlərindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olmuş belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (3:51.594), eləcə də çinli Maoxinq Huanq – Li Kianq (3:54.262), kanadalı Pol Brayant – Rolan Varqa (3:56.490), ukraynalı Dmitri Yançuk – Aleksandr Sivkov (3:58.158), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (4:00.490) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (4:19.114) duetlərini üstələyiblər.
 
Bezuqlıy – Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə ilin ilk nüfuzlu yarışında mükafatçılar sırasına düşməklə, yüksək hazırlıq səviyyəsində olduğunu nümayiş etdirib. Duetimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ötənilki dünya çempionatında bu məsafəni gümüş medalla başa vurmuş və məhz Vılençek – Holts duetindən geri qalmışdı. Amma Dünya Kubokundan fərqli olaraq, Avropa və dünya çempionatları, eləcə də olimpiadada hər ölkənin maksimum 1 qayıqla təmsil olunmasına icazə verilir. Bu isə o deməkdir ki, azərbaycanlı cütlük qarşıdakı olimpiadada ən azı gümüş medala iddia edə bilər.
 
Bezuqlıy – Prokopenko dueti 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. Mayın 20-də Bakı vaxtı ilə 16:49-da başlanacaq həlledici yürüşdə onların rəqibləri Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Vadim Menkov – Merey Medetov (Özbəkistan), Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq.
 
Cəmi 20 yaşa malik Andrey Kraytor da bu məsafədə finala çıxıb. Sabah saat 16:20-də başlanacaq həlledici yürüşdə Kraytorun rəqibləri seçmə yürüşdə qabaqladığı 5 qat dünya çempionu Denis Xaraja (Belarus), eləcə də Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) olacaq.  
 
Dünya Kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. Lakin onu mayın 20-də saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.