10 may 2012 18:48

Olimpiya Təsnifatında çıxış edəcək idmançımız müəyyənləşdi

Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürəcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək yarışda Azərbaycanı kanoeçi Adnan Əliyev təmsil edəcək.
 
O, 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Yarışın ilk günündə seçmə və yarımfinal, ertəsi gün final yürüşü olacaq. Yekunda Əliyev ilk 2 pillədən birini tutacağı halda, London olimpiadasına vəsiqə qazanacaq.
 
29 yaşlı kanoeçimiz ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş lisenziya xarakterli dünya çempionatında da iştirak edib. Lakin həmin yarışda təmsilçimiz 18-ci olub. Olimpiya lisenziyasına isə ilk 7 pilləni tutanlar sahib çıxıblar.
 
Digər kanoeçilərimizdən Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə Londonda iştirak hüququna yiyələniblər. Əliyev də Avropa Olimpiya Təsnifatında bu vəzifənin öhdəsindən gələ bilsə, ölkəmiz olimpiadada kanoe növündə tam heyətlə təmsil olunacaq.
 
Qeyd edək ki, Adnan Əliyev Poznana kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında yollanacaq.
 
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Похожие новости

Su idman növləri 25 noyabr

Bakıda İCF prezidenti seçkisi keçirilib

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.
Su idman növləri 25 noyabr

Bakıda avarçəkmə yarışları üçün kanal tikiləcək

"Azərbaycanla uzun müddətdir dostluq münasibətlərimiz var.
Su idman növləri 25 noyabr

Azad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir

"Boulevard Hotel"də Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.
Su idman növləri 24 noyabr

Bakıda İCF-nin Konqresi işə başlayıb

Bu gün Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayıb.
Su idman növləri 23 noyabr

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi işə başlayacaq.
Su idman növləri 24 oktyabr

Azərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko və olimpiadanın bürünc medalına sahib çıxmış kayakçı İnna Osipenko-Radomskaya karyerasını başa vurub.
Su idman növləri 28 avqust

Valentin Demyanenko: Daha artığına layiq idim

Azərbaycan kanoeçisi Valentin Demyanenkonun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Təlim-Məşq Mərkəzində təntənəli mərasim keçirilib.
Su idman növləri 24 avqust

"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".
Su idman növləri 31 iyul

Azərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək kayakçı və kanoeçilər hazırlıqlarını başa vurublar.